Dövlət qurumu Dövlət qurumu
  • 1.4K

Dövlət qurumu

Dövlət qurumu

İnsan Resursları üzrə Biznes Tərəfdaş

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Biznes Tərəfdaş

  • Deadline 18 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müvafiq struktur bölmələrlə əməkdaşlıq edərək, işə qəbul ehtiyaclarını müəyyənləşdirmək və uyğun namizədlərin cəlb olunmasını təmin etmək
  • Vakansiyalar üzrə işə qəbul prosesini başdan sona planlaşdırmaq, müsahibələrin keçirilməsində iştirak etmək və seçim qərarlarını HR strategiyasına uyğunlaşdırmaq
  • Yeni işçilərin işə adaptasiya (onboarding) prosesini təşkil etmək və onların ilk aylardakı təcrübəsini izləmək
  • Performans qiymətləndirmə proseslərinin hazırlanması və tətbiqinə rəhbərlik etmək
  • Rəhbərlərlə əməkdaşlıq edərək hədəf qoyma, geribildirim və inkişaf planlarının qurulmasını dəstəkləmək
  • Aşağı performansın səbəblərini müəyyənləşdirmək və müvafiq inkişaf planları hazırlamaq
  • Performansa əsaslanan motivasiya və mükafatlandırma sistemlərinin tətbiqinə töhfə vermək
  • Bölmələrin ehtiyaclarına uyğun illik təlim planlarının hazırlanması və icrasına nəzarət
  • İşçilərin peşəkar və fərdi inkişafını dəstəkləyən daxili və xarici təlim imkanlarını təşkil etmək
  • Təlimlərin effektivliyini ölçmək və nəticələrə əsasən inkişaf sahələrini müəyyənləşdirmək
  • Rəhbərlik və liderlik bacarıqlarının inkişafına yönəlik proqramların hazırlanmasında iştirak etmək

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər müvafiq sahə üzrə)
  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən HR biznes tərəfdaşlığı, işə qəbul, performans və təlim sahələrində təcrübə üstünlükdür
  • Strateji yanaşma və struktur bölmələrlə əməkdaşlıq təcrübəsi
  • İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf, əmək qanunvericiliyi sahələrində biliklər
  • HR analitikası və göstəricilər üzrə anlayış (məsələn: turnover rate, time to hire, training effectiveness və s.)
  • Güclü təşkilati, analiz və problem həll etmə bacarıqları
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel və PowerPoint)
  • İnsan resursları ilə bağlı proqram təminatlarında (ATS, LMS və s.) təcrübə üstünlükdür
  • Azərbaycan dili – əla səviyyədə
  • Rus və İngilis dilləri – arzuolunandır (xüsusilə yazılı sənədləşmə və təqdimatlar üçün)
  • Rəhbərlik və komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı
  • Yüksək dərəcədə məsuliyyətlilik və nəticəyə yönəlik yanaşma
  • Konfidensiallıq və etibarlılıq prinsiplərinə ciddi riayət
  • Dəyişiklikləri idarəetmə və təşəbbüskarlıq bacarığı

İş şəraiti

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə)
  • Korporativ nömrə ilə təmin olunma
  • Bazar rəqabətli əmək haqqı
  • İş yeri: Şəhər mərkəzi

    Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “İnsan Resursları üzrə Biznes Tərəfdaş” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily23
  • Weekly23
  • Monthly2229