Vəzifə öhdəlikləri:
- Təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq planların hazırlanması;
- Təlim proqramlarının təşkil edilməsi və idarə olunması;
- İşçilərin peşəkar inkişafını dəstəkləyən layihələrdə iştirak;
- Vakansiya tələblərinin analiz edilməsi və uyğun namizədlərin cəlb olunması prosesində iştirak etmək;
- İlkin müsahibələrin təşkili və keçirilməsi, namizəd profillərinin qiymətləndirilməsi;
- HR Biznes Partnyorları ilə əməkdaşlıq edərək işçilərin inkişafı üçün uyğun həllər təklif etmək;
- Təlim nəticələrinin təhlili və hesabatların hazırlanması.
Tələblər:
- Təlim və inkişaf sahəsində minimum 1 il iş təcrübəsi;
- Ali təhsil (HR, Psixologiya, Biznes İdarəetməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
- İnsanlarla işləmək bacarığı və yüksək kommunikasiya qabiliyyəti;
- Planlama, təşkilatçılıq və analitik düşünmə bacarıqları;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili üstünlükdür).
Bizimlə işləməyin üstünlükləri:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Peşəkar inkişaf və karyera imkanları;
- Müasir iş mühiti və dəstəkləyici komanda;
- Şirkət tərəfindən təqdim olunan motivasiya paketləri.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnsan Resursları üzrə Biznes Tərəfdaşlıq şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.