Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
  • 349

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Dövlət idarəetməsi və müdafiə , Dövlət xidmətləri

Layihələr və texniki işlər üzrə daxili audit

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihələr və texniki işlər üzrə daxili audit

  • Deadline 22 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

​​​​İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Vəzifə öhdəlikləri:

  • Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək;
  • Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə, müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq;
  • Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil etmək;
  • Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının, avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
  • Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını, texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti arasındakı uyğunsuzluqları aşkar etmək;
  • Layihələrin idarə edilməsi, texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək;
  • Audit yoxlamaları zamanı aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlamaq;
  • Keçirilmiş audit və monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları hazırlamaq;
  • Audit nəticələri əsasında verilmiş tövsiyələrin və müəyyən edilmiş düzəldici tədbirlərin icra vəziyyətini izləmək, təkrar yoxlamalarda iştirak etmək;
  • Daxili auditin müstəqilliyi, obyektivliyi, peşə etikası və məxfilik prinsiplərinə riayət etmək;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq Daxili audit departamentinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi, mülki tikinti, sənaye və mülki tikinti, layihələrin idarə edilməsi və ya digər müvafiq texniki ixtisaslar üzrə);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Tikinti, layihələrin idarə edilməsi, texniki nəzarət və ya texniki audit sahələrində ən azı 2 (iki) il iş təcrübəsi;
  • Tikinti sahəsində qüvvədə olan normativ hüquqi aktları, tikinti norma və qaydalarını, texniki standartlar, keyfiyyət tələblərini və SƏTƏM üzrə əsas prinsipləri bilmək;
  • Daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi və audit prosedurları barədə biliklərə malik olmaq;
  • Hesabatın hazırlanması və yazılması bacarığı.

Təklif olunur:

  • Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
  • Peşəkar inkişaf;
  • Dövlət layihələrində iştirak etmək imkanı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Layihələr və texniki işlər üzrə daxili audit” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

  • Daily0
  • Weekly556
  • Monthly1971