İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- İşçi cizgilərin və texniki sənədlərin AzDTN, SniP kimi norma və qaydalara uyğun yoxlanılması;
- Texniki hesabatların, spesifikasiyaların və iş həcmlərinin yoxlanılması;
- Tikinti-quraşdırma işlərinin layihə həllərinə uyğunluğunun texniki nəzarət çərçivəsində yoxlanılması;
- Memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiya;
- Tikinti sahəsində ölçülərin və konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq;
- Texniki problemlərin operativ həlli və təkliflərin verilməsi.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi sahəsində ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- İnşaat norma və qaydalarını bilməli;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli;
- AutoCad proqramında işləmə bacarığı (Lira-Sapr arzuolunandır);
- Komandada işləmə bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Konstruktor” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.