İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq dövlət satınalmalarının təşkili və həyata keçirilməsi prosesində iştirak etmək;
- İllik satınalma planının hazırlanması üçün struktur bölmələrdən daxil olan mal, iş və xidmətlərə dair tələbatların toplanmasında, sistemləşdirilməsində və təhlilində iştirak etmək;
- Satınalma prosedurları üzrə elanların, şərtlər toplusunun, texniki tapşırıqların və digər zəruri sənədlərin hazırlanmasında iştirak etmək;
- Satınalma predmetlərinin ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə bazar araşdırmalarının aparılmasında, qiymət təkliflərinin toplanmasında və müqayisəli təhlilində iştirak etmək;
- Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə satınalma prosedurları üzrə sənədlərin yerləşdirilməsi, məlumatların daxil edilməsi və müvafiq əməliyyatların həyata keçirilməsini təmin etmək;
- Satınalma prosedurlarında iştirak edən təchizatçıların təqdim etdikləri sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu ilkin qaydada yoxlamaq;
- Satınalma komissiyasının fəaliyyəti ilə bağlı sənədlərin, iclas protokollarının və digər materialların hazırlanmasında və rəsmiləşdirilməsində iştirak etmək;
- Satınalma prosedurları üzrə daxil olan sorğuların qeydə alınmasını və aidiyyəti struktur bölmələrlə əlaqələndirilməklə cavablandırılması üçün zəruri məlumatların hazırlanmasını təmin etmək;
- Satınalma prosedurlarının nəticələri üzrə müqavilə layihələrinin hazırlanmasında, razılaşdırılmasında və müqavilələrin icrasına dair məlumatların toplanmasında iştirak etmək;
- Satınalma proseslərində şəffaflıq, rəqabətlilik, obyektivlik, səmərəlilik və məxfilik prinsiplərinə riayət etmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə, hüquq və digər müvafiq ixtisaslar üzrə təhsilə üstünlük verilir);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununu və müvafiq normativ hüquqi aktları bilmək;
- Dövlət satınalmalarının vahid internet portalında sərbəst işləmək bacarığı;
- Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin “E-Müqavilə” altsistemində sərbəst işləmək bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.