İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Tikinti, bərpa və yenidənqurma layihələri üzrə büdcənin formalaşdırılması, xərclərə nəzarət edilməsi və xərc uçotunun aparılması;
- Layihə üzrə faktiki xərclərin smeta dəyəri və təsdiq olunmuş büdcə ilə müqayisəli təhlilinin aparılması, kənarlaşmaların aşkar edilməsi və səbəblərinin araşdırılması;
- İcraçı təşkilatlar tərəfindən təqdim olunan yerinə yetirilmiş işlərin təhvil-təslim aktlarının (Forma 2 sənədlərinin) yoxlanılması;
- Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə xərclərin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
- Layihələrin icra qrafikinə uyğun olaraq maliyyə və xərc axınlarının izlənilməsi, proqnozların tərtib edilməsi;
- Ehtiyat və gözlənilməz xərclərin idarə olunması, əlavə işlər üzrə maliyyə qiymətləndirmələrinin aparılması;
- Aylıq, rüblük və illik xərc hesabatlarının, büdcə icra vəziyyəti haqqında arayış və təhlillərin rəhbərliyə təqdim olunması;
- Layihə üzrə aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək xərclərə operativ nəzarət mexanizminin tətbiq edilməsi.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya tikintinin iqtisadiyyatı sahəsində ali təhsil;
- Tikinti sahəsində (smeta və xərclərə nəzarət istiqamətində) ən azı 3–5 il iş təcrübəsi;
- Tikinti norma və qaydalarını, xərclərə nəzarət prinsiplərini dərindən bilməli;
- AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, rəqəmlərlə və maliyyə göstəriciləri ilə işləmək bacarığı, yüksək məsuliyyət və peşəkar sənəd intizamı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühəndis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.