Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
  • 304

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Dövlət idarəetməsi və müdafiə , Dövlət xidmətləri

Xərclərə nəzarət üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xərclərə nəzarət üzrə mühəndis

  • Deadline 22 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

​​​​İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Vəzifə öhdəlikləri:

  • Tikinti, bərpa və yenidənqurma layihələri üzrə büdcənin formalaşdırılması, xərclərə nəzarət edilməsi və xərc uçotunun aparılması;
  • Layihə üzrə faktiki xərclərin smeta dəyəri və təsdiq olunmuş büdcə ilə müqayisəli təhlilinin aparılması, kənarlaşmaların aşkar edilməsi və səbəblərinin araşdırılması;
  • İcraçı təşkilatlar tərəfindən təqdim olunan yerinə yetirilmiş işlərin təhvil-təslim aktlarının (Forma 2 sənədlərinin) yoxlanılması;
  • Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə xərclərin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
  • Layihələrin icra qrafikinə uyğun olaraq maliyyə və xərc axınlarının izlənilməsi, proqnozların tərtib edilməsi;
  • Ehtiyat və gözlənilməz xərclərin idarə olunması, əlavə işlər üzrə maliyyə qiymətləndirmələrinin aparılması;
  • Aylıq, rüblük və illik xərc hesabatlarının, büdcə icra vəziyyəti haqqında arayış və təhlillərin rəhbərliyə təqdim olunması;
  • Layihə üzrə aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək xərclərə operativ nəzarət mexanizminin tətbiq edilməsi.

Namizədə tələblər: 

  • İnşaat mühəndisliyi və ya tikintinin iqtisadiyyatı sahəsində ali təhsil;
  • Tikinti sahəsində (smeta və xərclərə nəzarət istiqamətində) ən azı 3–5 il iş təcrübəsi;
  • Tikinti norma və qaydalarını, xərclərə nəzarət prinsiplərini dərindən bilməli;
  • AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, rəqəmlərlə və maliyyə göstəriciləri ilə işləmək bacarığı, yüksək məsuliyyət və peşəkar sənəd intizamı.

Təklif olunur:

  • Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
  • Peşəkar inkişaf;
  • Dövlət layihələrində iştirak etmək imkanı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühəndis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

  • Daily14
  • Weekly570
  • Monthly1986