Dövlət qurumu Dövlət qurumu
  • 593

Dövlət qurumu

Government

Koordinator (Baş hüquqşünas)

  • Истекает 4 январь 2026

İş yeri: Zəngilan, Ağalı

Vəzifə funksiyası:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
  • Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;
  • Daxili idarəetmə prosedurlarının hazırlanmasında iştirak etmək onların, hüquqi ekspertizasını təmin etmək;
  • Xidmətin struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;
  • Xidmətin fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.

Tələblər:

  • Hüquq və ya beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsi;
  • Hüquq sahəsində minimum 5 il iş təcrübəsi (dövlət qurumlarında və tikinti sahəsində iş təcrübəsi üstünlük sayılır);
  • Azərbaycan Respublikasının qanunvericiliyi üzrə müvafiq biliklərə malik olmaq, tikinti və dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və tətbiq olunan prosedurları bilmək;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarıqları;
  • Detallara diqqətlə yanaşmaq;
  • Təşəbbüskar və məsuliyyətli olmaq;
  • Komanda ilə işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.

Əmək şəraiti:

  • İşin icrası üçün lazımi şərait təmin olunur
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada mükafatlandırma nəzərdə tutulur.
  • İldə 3 dəfə bir vəzifə maaşı qədər mükafat;
  • 5 günlük iş həftəsi (həftəiçi iş rejimi).

Müraciət etmə qaydaları:

  • Xahiş olunur CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçtun mövzu (“subject”) hissəsində “Koordinator (Baş hüquqşünas)” qeyd etməklə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

  • Daily14
  • Weekly556
  • Monthly556