İş yeri: Zəngilan, Ağalı
Vəzifə funksiyası:
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
- Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;
- Daxili idarəetmə prosedurlarının hazırlanmasında iştirak etmək onların, hüquqi ekspertizasını təmin etmək;
- Xidmətin struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;
- Xidmətin fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.
Tələblər:
- Hüquq və ya beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsi;
- Hüquq sahəsində minimum 5 il iş təcrübəsi (dövlət qurumlarında və tikinti sahəsində iş təcrübəsi üstünlük sayılır);
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə müvafiq biliklərə malik olmaq, tikinti və dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və tətbiq olunan prosedurları bilmək;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə bacarıqları;
- Detallara diqqətlə yanaşmaq;
- Təşəbbüskar və məsuliyyətli olmaq;
- Komanda ilə işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
Əmək şəraiti:
- İşin icrası üçün lazımi şərait təmin olunur
- Qanunvericiliklə müəyyən edilmiş qaydada mükafatlandırma nəzərdə tutulur.
- İldə 3 dəfə bir vəzifə maaşı qədər mükafat;
- 5 günlük iş həftəsi (həftəiçi iş rejimi).
Müraciət etmə qaydaları:
- Xahiş olunur CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçtun mövzu (“subject”) hissəsində “Koordinator (Baş hüquqşünas)” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.