Şöbə: Hüquq şöbəsi
İş yeri: Bakı
İş şəraiti: Standart- ofis
İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Hüquq ixtisası üzrə);
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə.
Digər tələblər:
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvericilik çərçivəsində həll etmək;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlər hazırlamaq;
- İşçilər ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməklik göstərmək;
- Məhkəmə mübahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.);
- Hüquqi xarakterli daxili sənədləri işləyib hazırlamaq;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.