İş şəraiti:
- İş yeri: Bakı
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
- Əmək haqqı: Stabil əmək haqqı və əlavə olaraq il ərzində bir neçə dəfə mükafat almaq imkanı
Namizədə tələblər:
- Təhsil: Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar İqtisadi sahə üzrə Ali təhsil;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə 2 il təcrübə. Dövlət müəssəsində olması arzuolunandır.
Digər tələblər:
- CIA, ACCA sertifikatlar arzuolunandır;
- Yüksək araşdırma qabiliyyəti;
- Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- MS Office proqramları üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Audit yoxlamalarının planlanması, aparılması və müvəffəqiyyətli icrasını təmin etmək;
- Biznes proseslərin, biznes və fırıldaqçılıq risklərinin qiymətləndirilməsini həyata keçirmək;
- Xətti rəhbəri ilə birlikdə yoxlamaların çərçivəsini, forması və proqramını müəyyən etmək;
- Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirmək;
- Daxili nəzarət sistemini qiymətləndirmək məqsədi ilə müsahibələr keçirmək və müşahidələr aparmaq;
- Nəzarət mexanizmlərində mövcud olan boşluqları müəyyən etmək və tapıntılar üzrə təsdiqləri təqdim etmək;
- Risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin adekvatlığı və effektivliyini qiymətləndirmək;
- Mühasibat uçotunun və şirkət daxilində hazırlanmış digər məlumatların etibarlılığını müəyyənləşdirmək;
- Görülən işlər zamanı müşahidələr, audit tapıntıları və riskləri, şərhlər və tövsiyələri özündə əks etdirən hesabatlar hazırlamaq;
- Daxili nəzarət və komplayensin müvafiq səviyyəsini təmin etmək məqsədi ilə daxili qaydalar və prosedurların yaradılması və ya mövcud olduğu təqdirdə təkmilləşdirməsinə dair dəyərverici tövsiyələr vermək;
- Kompleks audit tapıntılarının aşkar olunmasına, araşdırılmasına və həll olunmasına köməklik etmək;
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Daxili audit üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.