İş barədə məlumat:
- İş yeri: Gəncə şəhəri
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Qida mühəndisliyi, kimya, biologiya və ya bu istiqamətlərə uyğun ali təhsil ixtisasları);
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office üzrə biliklər.
Digər tələblər:
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Saxlanılan məhsulun analizi üçün laborator nümunələrini götürmək;
- Laboratoriya analizlərinin keyfiyyətli aparılmasına nəzarət etmək və ümumi laboratoriya işlərinə dəstək olmaq;
- Məhsul saxlanılan anbarların ətrafını mütəmadi yoxlamaq və müvafiq qeydlər aparmaq;
- Saxlanılan məhsulların nəmlik, temperatur və digər göstəriciləri üzrə qeydlərini aparmaq və rəhbərinə hesabat formasında təqdim etmək;
- Laboratoriya fəaliyyəti haqqında həftəlik, aylıq və illik hesabatları hazırlayıb rəhbərinə təqdim etmək;
- Beynəlxalq və regional standartlar üzrə daxili sənədləşməni hazırlamaq və qeydiyyatını aparmaq;
- İşlərin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatları tərtib etmək;
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə fəaliyyətlərində iştirak etmək;
- İş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemləri aşkar etmək və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək.
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə şəhəri keyfiyyət nəzarətçisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.