Dövlət qurumu, Publik Hüquqi Şəxs Dövlət qurumu, Publik Hüquqi Şəxs
  • 907

Dövlət qurumu, Publik Hüquqi Şəxs

Government

Gəncə şəhərində keyfiyyət nəzarətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Gəncə şəhərində keyfiyyət nəzarətçisi

  • Deadline 16 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • İş yeri: Gəncə şəhəri
  • İş şəraiti: Standart- ofis
  • İş rejimi: 5 günlük 09:00-18:00

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, kimya, biologiya və ya bu istiqamətlərə uyğun ali təhsil ixtisasları);
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə; 
  • Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Kompüter bacarığı: MS Office üzrə biliklər.

Digər tələblər:

  • Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Saxlanılan məhsulun analizi üçün laborator nümunələrini götürmək;
  • Laboratoriya analizlərinin keyfiyyətli aparılmasına nəzarət etmək və ümumi laboratoriya işlərinə dəstək olmaq;
  • Məhsul saxlanılan anbarların ətrafını mütəmadi yoxlamaq və müvafiq qeydlər aparmaq;
  • Saxlanılan məhsulların nəmlik, temperatur və digər göstəriciləri üzrə qeydlərini aparmaq və rəhbərinə hesabat formasında təqdim etmək;
  • Laboratoriya fəaliyyəti haqqında həftəlik, aylıq və illik hesabatları hazırlayıb rəhbərinə təqdim etmək;
  • Beynəlxalq və regional standartlar üzrə daxili sənədləşməni hazırlamaq və qeydiyyatını aparmaq;
  • İşlərin  (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatları tərtib etmək;
  • Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə fəaliyyətlərində iştirak etmək;
  • İş fəaliyyəti  ilə bağlı  yaranan  uyğunsuzluqların və problemləri aşkar etmək və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək.

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə şəhəri keyfiyyət nəzarətçisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly124
  • Monthly1420