Dövlət qurumu Dövlət qurumu
  • 226

Dövlət qurumu

Dövlət qurumu

Satınalmalar şöbəsinə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalmalar şöbəsinə baş mütəxəssis

  • Deadline 10 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
  • Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
  • Tender protokollarını hazırlamaq;
  • Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
  • Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
  • Cəmiyyətin iştirak etdiyi tender üzrə tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən toplamaq, operativ şəkildə hazırlamaq, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim etmək;
  • Tender prosesində şirkəti təmsil etmək;
  • Cəmiyyətin iştirak etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunu nəzərdən keçirmək, iştirakçıların qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə Cəmiyyətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyi məlumatlandırmaq; 
  • Tender təklifinin hazırlanması zamanı satınalan təşkilatın tender komissiyası ilə yazışmalar aparmaq, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Müştəri bazasını genişləndirmək;
  • Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, rus/ingilis dillərini yüksək səviyyədə bilməli;
  • Müvafiq sahədə (Satınalmalar üzrə) 2-5 il iş təcrübəsi;
  • Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
  • Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
  • Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət
  • Satınalmaların Təşkili və İdarə olunması barədə).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • Analitik təhlil;
  • Dəqiqlik;
  • Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.

İş qrafiki:

  • 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
  • İstirahət günləri - şənbə və bazar

Əməkhaqqı: 1880 AZN müəyyən ediləcək. 

Uyğun namizədlər CV-lərini baş mütəxəssis başlığı ilə Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.

  • Daily18
  • Weekly697
  • Monthly1081