Vəzifə öhdəlikləri:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
- Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
- Tender protokollarını hazırlamaq;
- Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
- Cəmiyyətin iştirak etdiyi tender üzrə tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən toplamaq, operativ şəkildə hazırlamaq, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim etmək;
- Tender prosesində şirkəti təmsil etmək;
- Cəmiyyətin iştirak etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunu nəzərdən keçirmək, iştirakçıların qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə Cəmiyyətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyi məlumatlandırmaq;
- Tender təklifinin hazırlanması zamanı satınalan təşkilatın tender komissiyası ilə yazışmalar aparmaq, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
- Müştəri bazasını genişləndirmək;
- Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus/ingilis dillərini yüksək səviyyədə bilməli;
- Müvafiq sahədə (Satınalmalar üzrə) 2-5 il iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
- Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
- Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət
- Satınalmaların Təşkili və İdarə olunması barədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Analitik təhlil;
- Dəqiqlik;
- Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.
İş qrafiki:
- 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
- İstirahət günləri - şənbə və bazar
Əməkhaqqı: 1880 AZN müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini baş mütəxəssis başlığı ilə Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.