Dövlət qurumu Dövlət qurumu
  • 2.2K

Şəxsi köməkçi-katib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şəxsi köməkçi-katib

  • Deadline 2 June 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan iş təcrübəsi: 3 ildən yuxarı

İş yeri: Bakı

İş şəraiti: Standart- ofis

İş rejimi: 5 günlük 09:00-18:00

Sığorta: İcbari

İş barədə qısa məlumat: Rəhbərin iş gününün, görüşlərin və danışıqların planlaşdırılmasını etmək, keçiriləcək iclasların cədvəllərini hazırlamaq.

Əmək funksiyaları: 

  • Rəhbərinə ünvanlanmış zəng və məktubları qəbul etmək;
  • Rəhbərin görüşləri ilə bağlı cədvəl hazırlamaq və mütəmadi olaraq cədvəllə tanış eləmək;
  • Biletləri, transferləri, otelləri sifariş etmək, səyahət sxemlərini təşkil etmək;       
  • Rəhbərin tapşırıqlarının aidiyyatı üzrə və vaxtında qurumun strukturuna daxil struktur rəhbərlərinə çatdırılmasını təmin etmək; 
  • Dövlət orqanlarından, idarə, müəssisə, təşkilatlardan və s. qurumlardan daxil olan məlumatları ümumiləşdirmək, sistemləşdirmək və rəhbərinə təqdim etmək;
  • Rəhbərin ezamiyyələri ilə əlaqədar texniki və təşkilati məsələləri həll etmək;
  • Elektron sənəd dövriyyəsi sistemində işləmək;
  • Daxil olan zəngləri, e-poçt, faks mesajlarını qəbul və emal etmək;
  • Rəhbərin qəbul qrafikinə uyğun olaraq qəbula yazılan rəsmi şəxslərin və qonaqların və qəbuluna yazılan vətəndaşların rəhbərlə görüşünü təşkil etmək;
  • Rəhbərin adından məktublar, təbriklər, sorğular yazmaq və cavablar hazırlamaq;
  • Rəhbər tərəfindən keçirilən iclasların və iclasların hazırlanması (zəruri materialların toplanması, iclasın vaxtı və yeri, müzakirə mövzuları barədə iştirakçıların məlumatlandırılması), iclasların protokollarının aparılması və tərtib edilməsi üzrə işləri yerinə yetirmək;
  • Səlahiyyətləri daxilində dövlət  orqanları, idarə, təşkilat, müəssisələrdən,o cümlədən, vətəndaşlardan daxil olan şifahi müraciətləri cavablandırmaq.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
  • Məxfi məlumatlarla və stress altında işləmək;
  • Daxili və xarici yazışmaları idarə etmək;
  • İclas protokolları tərtib etmək;
  • Əla səviyyədə yazılı və şifahi ünsiyyət qurmaq;
  • Operativlik;
  • Analitik düşüncə;
  • Yüksək etik davranış.

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “personal assistant” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily107
  • Weekly516
  • Monthly2094