İş yeri: Zəngilan, Ağalı
Vəzifə öhdəlikləri:
- Layihəçi təşkilatın layihələrinin (işçi cizgilər) Azərbaycan Respublikasında qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin təsdiq olunmuş konseptə əsasən işlənib hazırlanmasına nəzarət etmək;
- Layihələndirməyə aid texniki tapşırıqların hazırlanmasında iştirak etmək;
- Aidiyyəti qurumlarla koordinasiyanın aparılması, texniki sənədlərin əldə olunması üçün müraciətlərin həyata keçirilməsi və Layihəçi tərəfindən təqdim olunmuş texniki hesabatlara rəyin yazılması, həmçinin məktublara dair mətnin tərtibatı və qoşma fayllara nəzarət etmək;
- Layihələrin Dövlət Baş Ekspertizasından rəyinin alınmasında layihəçi tərəflə əlaqədə olmaq və lazım olduqda yaxından iştirak etmək;
- Layihənin bütün mərhələlərində Layihə rəhbərləri və mühəndislərlə birlikdə fəaliyyət göstərərək qarşıya çıxan problemləri həll etmək üçün addımlar atmaq və layihə həlləri vermək;
- Layihədə verilmiş qeydlərin və tövsiyələrin icrasına dair nəticələrin sahədə yoxlanılmasına nəzarət etmək;
- Materialların, avadanlıqların və onların quraşdırılmasının qiymətləndirilməsi üzrə mütəmadi monitorinqlər aparmaq;
- Layihədə işlərin icrasının gedişatı, vəziyyətinin və yerinə yetirilmiş işlərin həcmləri haqqında müvafiq hesabatın tərtib olunmasına nəzarəti həyata keçirmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Microsoft office, AutoCad proqram bilikləri;
- Komandada işləmək bacarığı
Əmək şəraiti və təminat:
- İş rejimi: 5 gün, 09:00-18:00;
- Qidalanma, servis və yaşayır yeri ilə təminat
Müraciət etmə qaydaları:
- Xahiş olunur CV-lərinizi poçtun mövzu (“subject”) hissəsində “Su-kanalizasiya üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.