İş şəraiti
- İş saatları: 09:00-18:00
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Əmək funksiyaları
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqavilələrinin hüquqi ekspertizasının həyata keçirmək
- Qurumun aidiyyəti struktur bölmələrinin hüquqa (hüquqi xidmətlərə) dair sorğularına peşəkar şifahi və yazılı cavab vermək;
- Normativ hüquqi akt layihələrinin, təşkilat-sərəncamverici sənədlərin hazırlanmaq və hazırlanmış sənədlərə dair peşəkar hüquqi rəy vermək;
- Çalışdığı struktur bölmənin hazırladığı müqavilə, protokol və digər sənədləri sistemləşdirmək, onların elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
- Yerli və xarici şirkətlərlə olan satınalma, əməkdaşlıq, sponsorluq müqavilələrinin və memorandumların hazırlanmasında iştirak etmək və bu müqavilələrə hüquqi rəy vermək;
- Qurumun adından çalışdığı struktur bölmənin fəaliyyəti ilə bağlı digər dövlət qurumlarına,xarici ölkələrin nümayəndəliklərinə və yerli və xarici şirkətlərə göndərilən məktubların tərtib olunmasını, tərtib olunmuş məktubların yoxlanılmasını təmin etmək;
- İnzibati, mülki və digər məhkəmə işləri üzrə hüquqi sənədləri hazırlamaq, qurumun məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək və lazım gəldikdə məhkəmədə nümayəndə kimi çıxış etmək;
- Qurum adından digər dövlət və özəl qurumlarda təmsilçilik;
- Qurumdaxili və digər qurumlardan daxil olmuş hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.
Vəzifə tələbləri:
- Hüquq sahəsində ali təhsil;
- Minimum 25 yaş;
- C1 və ya C2 səviyyədə ingilis dilində sərbəst ünsiyyət;
- Azərbaycan dilini əla bilmək (Rus dili arzuolunandır);
- Kommersiya hüququ, mülki hüquq sahəsinə dair nəzəri biliklər və (və ya) iş təcrübəsi;
- Xarici dillərdə və (və ya) xarici dövlətlərin qanunvericiliyinə uyğun tərtib edilmiş müqavilələrlə işləmək bacarığı;
- Dövlət qurumlarında 2 ildən az olmayaraq korporativ hüquq üzrə iş təcrübəsi (normayaratma sahəsində iş təcrübəsinin də olması arzuolunandır);
- İnzibati hüquq sahəsinə, publik hüquqi şəxslərin hüquqi status və fəaliyyətinə dair biliklər;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- e-qanun.az, e-mehkeme.gov.az portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
- Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.