İş şəraiti
- İş yeri: Dövlət qurumunun tabeliyində publik hüquqi şəxs
- İş saatları: 09:00-18:00
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Əmək funksiyaları
- İT infrastrukturunun fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə server və proqram təminatlarının düzgün işləməsinə nəzarət etmək;
- Windows və Linux əməliyyat sistemlərinin quraşdırılmasını, konfiqurasiyasını və idarə edilməsini həyata keçirmək;
- Exchange Online, Windows Server, Storage və Database sistemlərinin idarə edilməsini təmin etmək;
- Microsoft Azure, Active Directory, DNS, DHCP və Group Policy xidmətlərinin idarə edilməsini həyata keçirmək;
- vSphere ESXi, vCenter Server və iSCSI SAN sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək və idarə etmək;
- Ehtiyat nüsxə (backup & recovery) əməliyyatlarını icra etmək, onların mütəmadi monitorinqini və etibarlılığını yoxlamaq;
- Antivirus serverləri və WSUS platforması ilə işləmək, təhlükəsizlik yeniləmələrinin idarə olunmasını təmin etmək;
- Microsoft SharePoint və Teams platformalarında sistem inteqrasiyasını və idarəetməni həyata keçirmək;
- LAN/WAN şəbəkələrinin dizaynını, konfiqurasiyasını və idarə edilməsini təmin etmək;
- Şəbəkə avadanlıqlarının (Router, Switch, Firewall, Wi-Fi Controller) idarə edilməsini və monitorinqini həyata keçirmək;
- VLAN, VPN (IPSec, SSL VPN, OpenVPN, WireGuard), QoS və əsas şəbəkə protokollarının (BGP, OSPF, EIGRP, STP) konfiqurasiyasını təmin etmək;
- Şəbəkə təhlükəsizliyi tədbirlərini icra etmək (IPS/IDS, ACL, NAT, Web Filtering və s.);
- NGFW (Next-Generation Firewall) və Web Security Gateway sistemlərinin idarə edilməsini həyata keçirmək;
- Şəbəkə problemlərinin diaqnostikasını aparmaq, log və trafik analizləri vasitəsilə nasazlıqları aradan qaldırmaq;
- Wi-Fi şəbəkələrinin (Cisco, Ubiquiti, Aruba) konfiqurasiyasını və idarə edilməsini təmin etmək.
Vəzifə tələbləri
- İT sahəsində minimum 5 il, o cümlədən ən azı 3 il Sistem və Şəbəkə Administratoru vəzifəsində iş təcrübəsi;
- Windows Server üzrə qabaqcıl biliklər (Microsoft MCSE sertifikatı üstünlük hesab olunur);
- VMware Server və vSphere ESXi platformaları üzrə peşəkar biliklər (VMware sertifikatı üstünlükdür);
- Şəbəkə infrastrukturu üzrə nəzəri və praktiki biliklər (CCNA və ya ekvivalent sertifikat üstünlükdür);
- Cisco, MikroTik, Fortinet və Palo Alto avadanlıqları ilə iş təcrübəsi, o cümlədən firewall və şəbəkə təhlükəsizliyi sistemlərinin (NGFW, Cisco ASA, FortiGate və s.) idarə olunması bacarığı;
- TCP/IP, OSI modeli, Routing və Switching protokolları (BGP, OSPF, EIGRP, STP) üzrə biliklər;
- Wi-Fi şəbəkələrinin (Cisco, Ubiquiti, Aruba) idarə olunması sahəsində təcrübə;
- Backup və Recovery sistemləri üzrə biliklər (Veeam Backup & Replication və HPE StoreOnce üzrə təcrübə üstünlükdür);
- Problemlərin təhlili və effektiv həll yollarını tapmaq bacarığı;
- Çevik, məsuliyyətli və dinamik iş mühitinə uyğunlaşmaq qabiliyyəti;
- Azərbaycan dilini yüksək, İngilis dilini isə texniki səviyyədə bilmək.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “IT Sistem və Şəbəkə Administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.