İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi
- Əmək haqqı: (müsahibə əsasında müəyyən ediləcək)
- İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əsas vəzifə və öhdəliklər
- Restoran mətbəxinin gündəlik fəaliyyətini yüksək keyfiyyət və operativlik prinsipləri əsasında icra etmək
- Menyuda yer alan bütün yeməkləri təsdiqlənmiş reseptlərə, standartlara və təqdimat qaydalarına uyğun hazırlamaq
- İsti, soyuq və digər mətbəx bölmələri arasında koordinasiyanı təmin edərək fasiləsiz iş axınını qorumaq
- Məhsulların düzgün saxlanılması, istifadə müddətinə nəzarət və itkilərin minimuma endirilməsini təmin etmək
- Qida təhlükəsizliyi və gigiyena standartlarına (HACCP və daxili prosedurlar) tam riayət etmək
- Mətbəx avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək
- Yeni menyu və yeməklərin hazırlanmasında yaradıcı yanaşma sərgiləmək və təkliflər vermək
- Qonaqlara təqdim olunan yeməklərin dad, keyfiyyət və vizual standartlara uyğunluğunu təmin etmək
- Mətbəx daxilində komanda işini gücləndirmək, köməkçi heyəti yönləndirmək və dəstəkləmək
- Sifarişlərin vaxtında və düzgün hazırlanmasını təmin etməklə ümumi qonaq məmnuniyyətinə töhfə vermək
- Qida məhsullarının sifarişi və stok idarəetməsi prosesində rəhbərliyə dəstək olmaq
- İş yerində nizam-intizam, təhlükəsizlik və təmizlik qaydalarına riayət etmək
Namizədə tələblər
- Aşpaz və ya müvafiq sahədə minimum 3 il iş təcrübəsi (restoran / hotel təcrübəsi üstünlükdür)
- Milli və beynəlxalq mətbəx üzrə biliklər arzuolunandır
- Gigiyena və qida təhlükəsizliyi standartları haqqında məlumatlı
- Komandada işləmə və operativ qərarvermə bacarığı
- Məsuliyyətli, diqqətli və intizamlı
- Stress altında işləmə və sürətli iş tempinə uyğunlaşma bacarığı
Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp: 055 400 20 60 nömrəsinə göndərmələri xahiş olunur.