East Trade MMC komandamıza Anbardar vəzifəsi üzrə məsuliyyətli və işgüzar namizəd axtarır.
Əmək şəraiti
- Əmək müqaviləsi ilə işə qəbul
- İş qrafiki: Həftədə 6 iş günü
- Əmək haqqı: 750 AZN
Vəzifə öhdəlikləri
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılmasını həyata keçirmək;
- Malların növlərinə uyğun şəkildə səliqəli yığılmasını və saxlanılmasını təşkil etmək;
- Malların qəbulunu planlaşdırmaq və uçotunu aparmaq;
- Anbardaxili əməliyyatların gündəlik uçotunu təşkil etmək;
- Mal və materialların inventar qeydiyyatını aparmaq;
- Anbarda malların standartlara uyğun yığılmasına və saxlanılmasına nəzarət etmək;
- Qəbul edilən malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
- Anbar qalıqlarının mütəmadi uçotunu aparmaq;
- Malların xarab olmasının və itkilərin qarşısını almaq üçün onların düzgün mühafizəsini təmin etmək;
- Görülən işlər barədə birbaşa rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün icra etmək.
Tələblər
- Anbar təsərrüfatının idarə olunması qaydalarını bilmək;
- İlkin uçot sənədlərinin tərtibi və doldurulması qaydalarına bələd olmaq;
- Materialların hərəkəti, uçotu və mühafizəsi sahəsində biliklərə sahib olmaq;
- Müşayiətedici sənədlərin düzgün rəsmiləşdirilməsi qaydalarını bilmək;
- Materialların anbarda saxlanılması və qorunması üsullarını bilmək;
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 055 220 40 50 nömrəsi ilə əlaqə saxlaya bilərlər.