Anbardar

  • Истекает 5 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

East Trade MMC komandamıza Anbardar vəzifəsi üzrə məsuliyyətli və işgüzar namizəd axtarır.

Əmək şəraiti

  • Əmək müqaviləsi ilə işə qəbul
  • İş qrafiki: Həftədə 6 iş günü
  • Əmək haqqı: 750 AZN

Vəzifə öhdəlikləri

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılmasını həyata keçirmək;
  • Malların növlərinə uyğun şəkildə səliqəli yığılmasını və saxlanılmasını təşkil etmək;
  • Malların qəbulunu planlaşdırmaq və uçotunu aparmaq;
  • Anbardaxili əməliyyatların gündəlik uçotunu təşkil etmək;
  • Mal və materialların inventar qeydiyyatını aparmaq;
  • Anbarda malların standartlara uyğun yığılmasına və saxlanılmasına nəzarət etmək;
  • Qəbul edilən malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
  • Anbar qalıqlarının mütəmadi uçotunu aparmaq;
  • Malların xarab olmasının və itkilərin qarşısını almaq üçün onların düzgün mühafizəsini təmin etmək;
  • Görülən işlər barədə birbaşa rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün icra etmək.

Tələblər

  • Anbar təsərrüfatının idarə olunması qaydalarını bilmək;
  • İlkin uçot sənədlərinin tərtibi və doldurulması qaydalarına bələd olmaq;
  • Materialların hərəkəti, uçotu və mühafizəsi sahəsində biliklərə sahib olmaq;
  • Müşayiətedici sənədlərin düzgün rəsmiləşdirilməsi qaydalarını bilmək;
  • Materialların anbarda saxlanılması və qorunması üsullarını bilmək;

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 055 220 40 50 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

  • Daily133
  • Weekly443
  • Monthly460