“EastTrade” MMC şirkəti “Mühasib (Konsalting)” vakansiyası elan edir.
İş şəraiti:
- İş qrafiki həftə içi 5 gün 09:00-dan 18:00-dək.
- İş yeri: Babek, Kmaran Əfkari 19q
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: 800-850 AZN.
Namizədə tələblər
- Təhsil: Ali təhsil;
- Xanım namizədlər ( 25- 45 yaş )
- Təcrübə: Mövcud sahədə 1 ildən çox təcrübə;
- Dil bilikləri: Azərbaycan dili, rus dili orta səviyyədə;
- Rəhbərliyin tapşırığını vaxtında icra edə bilməli;
- Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər;
- 1C 8.3, MS Office, xüsusilə Excell;
- Məsuliyyətli, dəqiq və peşakar;
İşin təsviri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək.
- Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək.
- Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək.
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik.
- Vergi planlaması və beynəlxalq əməliyyatlarla bağlı vergitutma məsələləri üzrə işləmə bacarığı.
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət.
- Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək.
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.
- Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək.
- Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək.
- Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək.
- Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq.
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək.
- Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi.
- Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək.
- Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək.
- Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək.
- Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən şəkilli "CV"-nizi mövzu yerinə Mühasib yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: +994-70-498-85-65