Namizədə dair tələblər:
- Ali (bakalavr və magistr) təhsilini yüksək nəticələrlə bitirən, istedadlı, təşəbbüskar, yüksək məntiqi və analiz qabiliyyətinin olması
- Logistika istiqaməti üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
- İşdə dəqiqlik , detallara fikir vermə qabiliyyətinə, beynəlxalq əlaqələr, coğrafiya, iqtisadiyyat sahəsində biliyə malik olması, ünsiyyət qurma qabiliyyətinə sahib olması;
- Konteyner, dəmir yolu və quru yolu daşımaları üzrə təcrübəli və geniş məlumatlı olmalı;
- Analitik və məntiqi düşüncə;
- Logistik planlama və təşkilatçılıq bacarığı;
- Kompüter proqramları: MS Office
- Azərbaycan, rus və ingilis dillərini səlis bilməsi.
Vəzifə öhdəlikləri:
- Yüklərin bütün nəqliyyat növləri (hava, dəniz, avtomobil və dəmir yolu daşımaları) vasitəsilə daşınmasını planlaşdırmaq, koordinasiya etmək və idarə etmək.
- İdxal və ixrac üzrə gömrük rəsmiləşdirilməsini həyata keçirmək, yerli və beynəlxalq qaydalara uyğunluğu təmin etmək.
- Hesab-fakturalar, qablaşdırma siyahıları, konosamentlər (Bill of Lading), hava yük sənədləri (Air Waybill) və gömrük formaları kimi bütün daşınma sənədlərini hazırlamaq, yoxlamaq və düzgün şəkildə saxlamaq.
- Yüklərin hərəkətini izləmək, daşınma prosesini nəzarətdə saxlamaq və müştərilərə, eləcə də daxili komandaya vaxtında məlumat vermək.
- Müştərilər, daşıyıcılar, gömrük orqanları və digər tərəflərlə effektiv ünsiyyət quraraq problemləri həll etmək və logistika əməliyyatlarının fasiləsiz icrasını təmin etmək.
- Logistika proseslərini optimallaşdırmaq, daha sərfəli həllər təklif etmək və əməliyyat səmərəliliyini artırmağa dəstək vermək.
- Müştərilərlə əməkdaşlıq edərək daşınma qrafiklərini planlaşdırmaq, anbar logistikasını idarə etmək və yüklərin vaxtında çatdırılmasını təmin etmək.
- Daşınma üzrə qiymət təkliflərinin hazırlanmasına kömək etmək, daşıyıcılarla tarif danışıqları aparmaq və müqavilələrin idarə olunmasında iştirak etmək.
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
- İdxal, ixrac, tranzit yüklərin konteyner, dəmir yolu və quru yolu ilə daşımasını təmin etmək, fraxt dərəcələrinin, konteyner və terminaldan istifadə şərtlərinin tam araşdırılması;
- Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq;
- Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi;
- Gəmi xətləri ilə birbaşa işləmək və onların sistemlərində sifarişləri (Booking) verə bilmək;
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Sınaq müddəti- 3 ay
- 5 günlük iş qrafiki
- İş saatı: 08:30-17:30
- Əmək haqqı bilik və bacarıqlara görə təyin edilir .
Qeyd: Namizədlərdən logistika sahəsində nəzəri bilik və ya praktiki təcrübə tələb olunur.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.