Eco Logistics Eco Logistics
  • 524

Eco Logistics

Logistika

Əməliyyat Koordinatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyat Koordinatoru

  • Deadline 17 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair tələblər:

  • Ali (bakalavr və magistr) təhsilini yüksək nəticələrlə bitirən, istedadlı, təşəbbüskar, yüksək məntiqi və analiz qabiliyyətinin olması
  • Logistika istiqaməti üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • İşdə dəqiqlik , detallara fikir vermə qabiliyyətinə, beynəlxalq əlaqələr, coğrafiya, iqtisadiyyat sahəsində biliyə malik olması, ünsiyyət qurma qabiliyyətinə sahib olması;
  • Konteyner, dəmir yolu və quru yolu daşımaları üzrə təcrübəli və geniş məlumatlı olmalı;
  • Analitik və məntiqi düşüncə;
  • Logistik planlama və təşkilatçılıq bacarığı;
  • Kompüter proqramları: MS Office
  • Azərbaycan, rus və ingilis dillərini səlis bilməsi.

Vəzifə öhdəlikləri:

  • Yüklərin bütün nəqliyyat növləri (hava, dəniz, avtomobil və dəmir yolu daşımaları) vasitəsilə daşınmasını planlaşdırmaq, koordinasiya etmək və idarə etmək.
  • İdxal və ixrac üzrə gömrük rəsmiləşdirilməsini həyata keçirmək, yerli və beynəlxalq qaydalara uyğunluğu təmin etmək.
  • Hesab-fakturalar, qablaşdırma siyahıları, konosamentlər (Bill of Lading), hava yük sənədləri (Air Waybill) və gömrük formaları kimi bütün daşınma sənədlərini hazırlamaq, yoxlamaq və düzgün şəkildə saxlamaq.
  • Yüklərin hərəkətini izləmək, daşınma prosesini nəzarətdə saxlamaq və müştərilərə, eləcə də daxili komandaya vaxtında məlumat vermək.
  • Müştərilər, daşıyıcılar, gömrük orqanları və digər tərəflərlə effektiv ünsiyyət quraraq problemləri həll etmək və logistika əməliyyatlarının fasiləsiz icrasını təmin etmək.
  • Logistika proseslərini optimallaşdırmaq, daha sərfəli həllər təklif etmək və əməliyyat səmərəliliyini artırmağa dəstək vermək.
  • Müştərilərlə əməkdaşlıq edərək daşınma qrafiklərini planlaşdırmaq, anbar logistikasını idarə etmək və yüklərin vaxtında çatdırılmasını təmin etmək.
  • Daşınma üzrə qiymət təkliflərinin hazırlanmasına kömək etmək, daşıyıcılarla tarif danışıqları aparmaq və müqavilələrin idarə olunmasında iştirak etmək.
  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində  xarici əlaqələrin təşkili;
  • İdxal, ixrac, tranzit yüklərin konteyner, dəmir yolu və quru yolu ilə daşımasını təmin etmək, fraxt dərəcələrinin, konteyner və terminaldan istifadə şərtlərinin tam araşdırılması;
  • Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq;
  • Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi;
  • Gəmi xətləri ilə birbaşa işləmək və onların sistemlərində sifarişləri (Booking) verə bilmək;
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Sınaq müddəti- 3 ay 
  • 5 günlük iş qrafiki 
  • İş saatı: 08:30-17:30
  • Əmək haqqı bilik və bacarıqlara görə təyin edilir .

Qeyd: Namizədlərdən logistika sahəsində nəzəri bilik və ya praktiki təcrübə tələb olunur.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly347
  • Monthly1643