Əsas vəzifə öhdəlikləri:
- Xidmətin təşkilini həyata keçirmək
- Xidməti həyata keçirən işçi heyətini idarə etmək
- İşçiləri vəzifələrinə uyğun koordinasiya etmək
- Xidmətin keyfiyyətinin artırılması istiqamətində planlar hazırlayıb həmin planları həyata keçirmək;
- Mövcud və ya yarancaq problemlərin optimal və operativ qaydada həllini həyata keçirmək
- Xidməti həyata keçirən işçilərə nəzarət etmək;
- İşçilərin İşə davamiyyətinə nəzarət etmək
- Texniki şöbənin fəaliyyəti ilə bağlı daxil olan sifarişlərin aidiyyəti üzrə yönləndirilməsi.
- Gələn şifahi və yaxud yazılı sorğuları qəbul edib analiz etmək,onları cavablamaq
- Zərurət yaranarsa Sifarişçilərin (Partnyorların) iş yerinə getmək və onlarla mövcud məsələləri müzakirə etmək
- Müəssisəyə məxsus xüsusi təyinatlı yük avtomobillərinin vaxtında və keyfiyyətli təmir və texniki xidmətini təşkil etmək;
- Müəssisənin xidmətinin fasiləsizliyini təmin etmək üçün yük avtomobillərinə mütəmadi baxış keçirmək, preventiv təmir işlərini planlaşdırmaq və həyata keçirmək;
- Tabeçiliyində olan işçi heyətinin iş qrafikini hazırlamaq, işlərin düzgün və təhlükəsiz şəkildə aparılmasına nəzarət etmək;
- Yük maşınlarında yaranan nasazlıqları operativ şəkildə diaqnoz etmək, səbəblərini müəyyənləşdirmək və təmir prosesini həyata keçirmək;
- Ehtiyat hissələrinin düzgün və vaxtında təmin olunması üçün müvafiq addımlar atmaq və ehtiyat hissələrinin inventarını izləmək;
- Yeni məhsulların və ya texniki avadanlıqların alışı zamanı müvafiq dəstəyi göstərmək;
- İşçi heyətinə mexaniki avadanlıqların düzgün istifadəsi, təhlükəsizlik qaydaları və qəza hallarında tədbirlər barədə təlim keçmək;
- Təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- Öz sahəsi üzrə yaranan problemlər, görülən işlər və gələcək planlarla bağlı rəhbərliyə hesabat təqdim etmək;
- Müəssisənin xidmmət fəaliyyətinin optimallaşdırılması və yük maşınlarının səmərəliyinin artırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək.
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
- Təhsil: Ali
- Yaş: 26-50
- İş təcrübəsi: İdarəetmə sahəsi üzrə ən azı 5 il
- Araşdırma bacarığının olması vacibdir
- Həm yazılı, həm də şifahi ünsiyyət bacarıqları
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Kreativ düşüncə, təşəbbüskarlıq, operativlik mütləqdir
- Avtomobili olan kişi namizədlərə üstünlük verilir
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri
İşləmək istəyən namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Xidmət üzrə menecer (Logistika sahəsi)” başlığı yazaraq CV-lərini göndərə bilərlər.