Ecomag LTD Ecomag LTD
  • 1.1K

Ecomag LTD

Other

Xidmət üzrə menecer (Logistika sahəsi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xidmət üzrə menecer (Logistika sahəsi)

  • Истекает 25 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:       

  • Xidmətin təşkilini həyata keçirmək 
  • Xidməti həyata keçirən işçi heyətini idarə etmək 
  • İşçiləri vəzifələrinə uyğun koordinasiya etmək                                        
  • Xidmətin keyfiyyətinin artırılması istiqamətində planlar hazırlayıb həmin planları həyata keçirmək;
  • Mövcud və ya yarancaq problemlərin optimal və operativ qaydada həllini həyata keçirmək 
  • Xidməti həyata keçirən işçilərə nəzarət etmək;
  • İşçilərin İşə davamiyyətinə nəzarət etmək                                                                                                                      
  • Texniki şöbənin fəaliyyəti ilə bağlı daxil olan sifarişlərin aidiyyəti üzrə yönləndirilməsi. 
  • Gələn şifahi və yaxud yazılı sorğuları qəbul edib analiz etmək,onları cavablamaq
  • Zərurət yaranarsa Sifarişçilərin (Partnyorların) iş yerinə getmək və onlarla mövcud məsələləri müzakirə etmək 
  • Müəssisəyə məxsus xüsusi təyinatlı yük avtomobillərinin  vaxtında və keyfiyyətli təmir və texniki xidmətini təşkil etmək;
  • Müəssisənin xidmətinin fasiləsizliyini təmin etmək üçün yük avtomobillərinə mütəmadi baxış keçirmək, preventiv təmir işlərini planlaşdırmaq və həyata keçirmək;
  • Tabeçiliyində olan işçi heyətinin iş qrafikini hazırlamaq, işlərin düzgün və təhlükəsiz şəkildə aparılmasına nəzarət etmək;
  • Yük maşınlarında yaranan nasazlıqları operativ şəkildə diaqnoz etmək, səbəblərini müəyyənləşdirmək və təmir prosesini həyata keçirmək;
  • Ehtiyat hissələrinin düzgün və vaxtında təmin olunması üçün müvafiq addımlar atmaq və ehtiyat hissələrinin inventarını izləmək;
  • Yeni məhsulların və ya texniki avadanlıqların alışı zamanı müvafiq dəstəyi göstərmək;
  • İşçi heyətinə mexaniki avadanlıqların düzgün istifadəsi, təhlükəsizlik qaydaları və qəza hallarında tədbirlər barədə təlim keçmək;
  • Təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
  • Öz sahəsi üzrə yaranan problemlər, görülən işlər və gələcək planlarla bağlı rəhbərliyə hesabat təqdim etmək;
  • Müəssisənin xidmmət fəaliyyətinin optimallaşdırılması və yük maşınlarının səmərəliyinin artırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək.

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

  • Təhsil: Ali
  • Yaş: 26-50                                                                                
  • İş təcrübəsi: İdarəetmə sahəsi üzrə ən azı 5 il
  • Araşdırma bacarığının olması vacibdir 
  • Həm yazılı, həm də şifahi ünsiyyət bacarıqları
  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları; 
  • Kreativ düşüncə, təşəbbüskarlıq, operativlik mütləqdir 
  • Avtomobili olan kişi namizədlərə üstünlük verilir 

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri

İşləmək istəyən namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Xidmət üzrə menecer (Logistika sahəsi)” başlığı yazaraq CV-lərini göndərə bilərlər.

  • Daily45
  • Weekly45
  • Monthly2342