Hazırda fəaliyyətimizi genişləndiririk və yeni layihələr əldə etmək üçün komandaya Satış mütəxəssisi dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Şirkət üçün yeni iş imkanlarının və layihələrin tapılması;
- Tenderlərin izlənilməsi və onlarda uğurlu iştirakın təmin edilməsi;
- Potensial tərəfdaşlarla əlaqələrin qurulması və rəsmi yazışmaların aparılması;
- Şirkətin gəlirliliyini artırmaq məqsədilə yeni müqavilələrin bağlanması;
- Bazarın təhlili və uyğun layihələrin seçilməsi.
Namizədə dair tələblər:
- Satış və ya biznesin inkişafı sahəsində təcrübə;
- Tenderlərlə işləmək və qalib gəlmək bacarığı;
- İşgüzar ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
- İngilis dili arzuolunandır.
- Məsuliyyətli, təşəbbüskar və nəticəyə hədəflənmiş yanaşma.
Biz nə təklif edirik:
- Performansa əsaslanan yüksək qazanc imkanı (Əmək haqqı (qarşılıqlı razılaşma yolu ilə) + qazanılan layihələrdən bonuslar);
- Peşəkar komandada iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.