İş şəraiti:
- Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
- Birbaşa rəhbər: Baş laborant
- İş yeri: Yevlax rayonu
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-17:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Aqrokimyavi testlərin aparılma metodunu bilməli;
- Laboratoriya avadanlığını,onun işləmə prinsipləri və istismar qaydalarını;
- Laboratoriya nəzarətinə dair standartları,texniki şərtləri, metodikalar və ləlimatları;
- Nümunələrin götürülmə qaydasını və izlənəbilərliyini təmin etməklə nümunə götürülməsini həyata keçirmək və nümunə götürənə izah etmək;
- Daxil olan nümunələrin iş təlimatlarına uyğun analizə hazırlanması;
- Müvafiq metoda əsasən bitki, torpaq və su analizlərinin aparılması;
- Analiz nəticələrinin əks olunduğu raport formasının yazılması;
- İzlənəbilliyi təmin olunması məqsədi ilə analiz nəticələrinin prosedura uyğun qeydiyyatının aparılması;
- İstifadə olunan reaktiv miqdarlarını,Reaktivlərin sərfi forumuna işlənməsi;
- Öhdəliyində olan avadanlıqların sazlığının təmin edilməsi;
- Laboratoriya fəaliyyətinə mənfi təsir edən halları zamanında rəhbərliyə bildirməsi;
- Test nəticələrinə əsasən rekomendasiyanın verilməsi;
- Reaktiv və nümunələrin tələblərə uyğun saxlanması;
- İstifadə olunan reaktivlərin istifadə müddətinin nəzərətdə saxlanması;
- Aqrokimyəvi xəritənin hazırlanması;
- Üst rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və direktorun yazılı və şifahi tapşırıqlarını rəhbər tutmaq;
- Öz işində sahib olduğu bilik və bacarıqları tədbiq etmək
Vəzifə tələbləri:
- Aqronomluq, Aqrokimya, Torpaqşünaslıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Aqrokimya və ya aqronomluq sahəsində minimum 1–3 il iş təcrübəsi (üstünlükdür)
- Torpaq kimyası və torpaq analizləri üzrə biliklər
- Mineral və üzvi gübrələrin tətbiqi prinsipləri
- Bitkilərin qidalanma sistemi və qida elementləri haqqında bilik
- Bitki mühafizə vasitələri və aqrokimyəvi preparatlar barədə məlumat
- Torpaq və bitki nümunələrinin götürülməsi və analiz nəticələrinin qiymətləndirilməsi
- Aqrokimyəvi analizlərin nəticələrinin şərhi və tövsiyələrin hazırlanması
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis
- MS Office proqramlarında işləmək bacarığı
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Aqrokimyaçı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.