Eden Agro MMC Eden Agro MMC

Eden Agro MMC

Sənaye

Aqrokimyaçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aqrokimyaçı

  • Deadline 25 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
  • Birbaşa rəhbər: Baş laborant
  • İş yeri: Yevlax rayonu
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-17:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Aqrokimyavi testlərin aparılma metodunu bilməli; 
  • Laboratoriya avadanlığını,onun işləmə prinsipləri və istismar qaydalarını; 
  • Laboratoriya nəzarətinə dair standartları,texniki şərtləri, metodikalar və ləlimatları; 
  • Nümunələrin götürülmə qaydasını və izlənəbilərliyini təmin etməklə nümunə götürülməsini həyata keçirmək və nümunə götürənə izah etmək; 
  • Daxil olan nümunələrin iş təlimatlarına uyğun analizə hazırlanması; 
  • Müvafiq metoda əsasən bitki, torpaq və su analizlərinin aparılması; 
  • Analiz nəticələrinin əks olunduğu raport formasının yazılması; 
  • İzlənəbilliyi təmin olunması məqsədi ilə analiz nəticələrinin prosedura uyğun qeydiyyatının aparılması; 
  • İstifadə olunan reaktiv miqdarlarını,Reaktivlərin sərfi forumuna işlənməsi; 
  • Öhdəliyində olan avadanlıqların sazlığının təmin edilməsi; 
  • Laboratoriya fəaliyyətinə mənfi təsir edən halları zamanında rəhbərliyə bildirməsi; 
  • Test nəticələrinə əsasən rekomendasiyanın verilməsi; 
  • Reaktiv və nümunələrin tələblərə uyğun saxlanması; 
  • İstifadə olunan reaktivlərin istifadə müddətinin nəzərətdə saxlanması; 
  • Aqrokimyəvi xəritənin hazırlanması; 
  • Üst rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi; 
  • Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və direktorun yazılı və şifahi tapşırıqlarını rəhbər tutmaq; 
  • Öz işində sahib olduğu bilik və bacarıqları tədbiq etmək

 Vəzifə tələbləri:

  • Aqronomluq, Aqrokimya, Torpaqşünaslıq və ya əlaqəli sahə üzrə ali təhsil 
  • Aqrokimya və ya aqronomluq sahəsində minimum 1–3 il iş təcrübəsi (üstünlükdür)
  • Torpaq kimyası və torpaq analizləri üzrə biliklər 
  • Mineral və üzvi gübrələrin tətbiqi prinsipləri 
  • Bitkilərin qidalanma sistemi və qida elementləri haqqında bilik 
  • Bitki mühafizə vasitələri və aqrokimyəvi preparatlar barədə məlumat 
  • Torpaq və bitki nümunələrinin götürülməsi və analiz nəticələrinin qiymətləndirilməsi 
  • Aqrokimyəvi analizlərin nəticələrinin şərhi və tövsiyələrin hazırlanması
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis
  • MS Office proqramlarında işləmək bacarığı 

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Aqrokimyaçı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly473
  • Monthly476