Eden Agro MMC Eden Agro MMC

Eden Agro MMC

Sənaye

Baş aqronom

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş aqronom

  • Deadline 15 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiya: Baş aqronom

İşəgötürən: Eden Agro MMC

Struktur: Ağcabədi təsərrüfatı

Birbaşa rəhbər: Təsərrüfatı rəhbəri

Funksional rəhbər: Aqronomiya və ekspertiza departamentinin rəhbəri

İş yeri: Ağcabədi

İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

Şirkət haqqında:

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • İllik fəaliyyət planlarını hazırlanmasında iştirak etmək, müəssisədə məhsul istehsalı üçün tələb olunan ilkin büdcə barədə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək; 
  • Texnoloji xəritələrin hazırlanmasında iştirak etmək, səpindən məhsul yığımına qədər istehsal proseslərinə nəzarət etmək; 
  • Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması üçün təkliflər vermək;
  • Səpin, aqrotexniki əməliyyatlar və məhsul yığımı proseslərinin keyfiyyətlə aparılmasına nəzarət etmək;
  • Test əkinlərinə nəzarət, onların həyata keçirilməsi və hesabatlılığını təmin etmək; 
  • İstehsal prosesləri zamanı təsərrüfatların toxum, şitil, gübrə, pestisid, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarına olan ehtiyacı barədə yuxarı orqanlar qarşısında məsələ qaldırmaq;
  • Təsərrüfat anabarlarında olan dərman, gübrə və toxum materiallarının təsərrüfatlar arası yerdəyişmələri barədə təkliflər vermək və icrasına nəzarət etmək;
  • İstehsal prosesinə və suvarma sistemlərinin işinə nəzarət etmək, lazım gəldikdə texnoloji xəritələrə və suvarma qrafiklərinə düzəlişlər etmək;
  • Mütamadi olaraq təsərrüfatlarıda əkinçilik üzrə monitorinqlər keçirmək, problemləri aşkar etmək, rəhbərliyə hesabat formasında təqdim etmək və onların aradan qaldırılması üçün çevik addımların atılmasını təmin etmək;
  • Aqranom heyyətinin istehsal prosesinə hazırlığını təmin etmək, onların təlimatlandırılmasını həyata keçirmək;
  • Məhsul yığımının vaxtlarını müəyyən etmək, hava şəraiti və təminata uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək;
  • Məhsulun emal müəssisələrinə və ya saxlanılma məntəqələrinə daşınması üçün tələb olunan məsələləri həll etmək;
  • Kənd təsərrüfatı fəaliyyətinin nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq və mərkəzi ofisə təqdim etmək.

Vəzifə tələbləri:

  • Ali təhsil (Aqronomiya, bitki mühafizəsi və ya bitki patologiyası üzrə) 
  • Magistr və ya elmi dərəcə üstünlük hesab olunur
  • Minimum 5 il bitki mühafizəsi və ya aqronomiya sahəsində təcrübə
  • Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür
  • Region aqronomu və ya baş bitki mühafizə mütəxəssisi kimi təcrübə arzuolunandır
  • Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər
  • Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər
  • Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar
  • Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
  • Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş aqronom” qeyd edərək 15.04.2026 tarixinə qədər [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly384