Baş Auditor (Senior Auditor)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Auditor (Senior Auditor)

  • Deadline 15 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Daxili Audit Departamenti
  • Birbaşa rəhbər: Daxili Audit Meneceri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Risk əsaslı illik Daxili Audit Planının hazırlanmasına dəstək göstərmək, biznes prosesləri və əsas risklər üzrə məlumatların toplanması və qiymətləndirilməsində iştirak etmək;
  • Təsdiq edilmiş Daxili Audit Planına uyğun olaraq audit tapşırıqlarının planlaşdırılması və başlanğıcdan yekunadək icrasını təmin etmək;
  • Audit tapşırığının məqsədini, əhatə dairəsini və əsas risklərini müəyyənləşdirmək, audit proqramını və tətbiq ediləcək audit prosedurlarını hazırlamaq və Audit Meneceri ilə razılaşdırmaq;
  • Audit olunan prosesləri təhlil edərək əməliyyat, maliyyə, uyğunluq və fırıldaqçılıq risklərini, eləcə də həmin risklər üzrə mövcud nəzarət mexanizmlərini qiymətləndirmək;
  • Məlumatların təhlili, müsahibə, müşahidə, sənəd yoxlaması və nəzarət testləri vasitəsilə yetərli və etibarlı audit sübutlarının əldə olunmasını təmin etmək;
  • Müəyyən edilmiş nəzarət çatışmazlıqlarının və kənarlaşmaların kök səbəblərini, risklərini və biznes təsirlərini qiymətləndirmək, əhəmiyyətli məsələləri vaxtında eskalasiya etmək;
  • Audit müşahidələrini aidiyyəti struktur bölmələrlə müzakirə etmək, faktların təsdiqlənməsini təmin etmək və praktik, risk əsaslı və dəyər yaradan tövsiyələr hazırlamaq;
  • Audit nəticələrini və əsas riskləri rəhbərlik üçün aydın, əsaslandırılmış və qərarverməyə yönəlmiş audit hesabatlarında təqdim etmək;
  • Audit tapşırıqlarının müəyyən edilmiş müddət, əhatə dairəsi və keyfiyyət tələblərinə uyğun tamamlanmasını təmin etmək, gecikmə və məhdudiyyətləri vaxtında Audit Menecerinə bildirmək;
  • Audit işçi sənədlərinin və əldə edilmiş sübutların Daxili Audit metodologiyasına və müvafiq peşəkar standartlara uyğun sənədləşdirilməsini və keyfiyyətini təmin etmək;
  • Razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin monitorinqində iştirak etmək, gecikmiş və ya icra edilməmiş tədbirlər üzrə riskləri qiymətləndirmək və zəruri hallarda eskalasiya etmək;
  • Audit tapşırıqları çərçivəsində auditorların işini istiqamətləndirmək və nəzərdən keçirmək, onlara konstruktiv geribildirim vermək və peşəkar inkişaflarına dəstək göstərmək;
  • Daxili Audit funksiyasının metodologiyasının, audit alətlərinin və iş yanaşmalarının davamlı təkmilləşdirilməsinə töhfə vermək.

Vəzifə tələbləri:

  • Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Daxili audit, xarici audit, risklərin idarə edilməsi və ya əlaqəli sahədə 3–5 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
  • Ezamiyyətlərə açıq olmaq və  sahə auditlərində aktiv iştirak etmək;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
  • MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Korporativ tibbi sığorta paketi;
  • Peşəkar və liderlik inkişaf proqramları;
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş Auditor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily117
  • Weekly237
  • Monthly488