Eden Agro MMC Eden Agro MMC
  • 198

Eden Agro MMC

Sənaye

Baş energetik

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş energetik

  • Истекает 5 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşəgötürən: Eden Agro MMC

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Struktur: Şəmkir təsərrüfatı

Birbaşa rəhbər: Təsərrüfatı rəhbəri

Funksional rəhbər: Texniki departamentin rəhbəri

İş şəraiti

  • İş yeri: Şəmkir
  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

Vəzifə öhdəlikləri:

  • Müəssisə və kənd təsərrüfatı sahələrinin elektrik təhcizatı sistemlərini və onların qəzasız istismarının təşkili qaydalarını;
  • Elektrik qurğularının quruluşu və istismar qaydalarını;
  • Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
  • Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurguların seçilməsini;
  • Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
  • Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
  • Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
  • Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
  • Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
  • Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismari və quruluşu qaydalarını;
  • Dəyişən və sabit cərəyan,elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
  • Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
  • Yükqaldırıcı kranların təhlükəsiz istismarı və quruluşu qaydalarını bilməli;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

Vəzifə tələbləri:

  • Ali  təhsil (Energetika, elektroenergetika və ya elektrotexnika üzrə);
    Energetika sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Enerji sistemləri və elektrik avadanlıqları üzrə praktiki biliklər
  • Enerji avadanlıqlarının təmiri və texniki xidməti qaydaları
  • Yanacaq və enerji resurslarının sərf normalarının hesablanması
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • Müvafiq kompüter proqramları biliyi;
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Komanda idarəetmə qabiliyyəti
  • Azərbaycan dili səlis, İngilis dili arzuolunandır

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş energetik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly635
  • Monthly2019