İşəgötürən: Eden Agro MMC
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Struktur: Şəmkir təsərrüfatı
Birbaşa rəhbər: Təsərrüfatı rəhbəri
Funksional rəhbər: Texniki departamentin rəhbəri
İş şəraiti
- İş yeri: Şəmkir
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Vəzifə öhdəlikləri:
- Müəssisə və kənd təsərrüfatı sahələrinin elektrik təhcizatı sistemlərini və onların qəzasız istismarının təşkili qaydalarını;
- Elektrik qurğularının quruluşu və istismar qaydalarını;
- Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
- Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurguların seçilməsini;
- Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
- Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
- Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
- Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
- Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
- Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismari və quruluşu qaydalarını;
- Dəyişən və sabit cərəyan,elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
- Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
- Yükqaldırıcı kranların təhlükəsiz istismarı və quruluşu qaydalarını bilməli;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
Vəzifə tələbləri:
- Ali təhsil (Energetika, elektroenergetika və ya elektrotexnika üzrə);
Energetika sahəsində ən azı 5 il iş təcrübəsi; - Enerji sistemləri və elektrik avadanlıqları üzrə praktiki biliklər
- Enerji avadanlıqlarının təmiri və texniki xidməti qaydaları
- Yanacaq və enerji resurslarının sərf normalarının hesablanması
- Məsuliyyətlilik və komandada işləmək bacarığı;
- Müvafiq kompüter proqramları biliyi;
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Komanda idarəetmə qabiliyyəti
- Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş energetik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.