İş barədə məlumat:
- Struktur: Maliyyə departamenti
- Birbaşa rəhbər: Büdcə və hesabatlıq üzrə menecer
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Şirkət haqqında:
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin illik və rüblük büdcəsinin hazırlanmasında iştirak etmək
- Struktur bölmələrdən büdcə sifarişlərini toplamaq və təhlil etmək
- Büdcə layihəsini konsolidasiya etmək və rəhbərliyə təqdim etmək
- Rolling forecast və düzəliş büdcələrinin hazırlanması
- Faktiki göstəriciləri planla müqayisə etmək
- Kənarlaşmaların (variance analysis) təhlilini aparmaq
- Kənarlaşmalar üzrə izahat və təkliflər hazırlamaq
- Xərc intizamına nəzarət etmək
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Rəhbərlik üçün idarəetmə hesabatlarının (management reports) tərtibi
- KPI-lar üzrə hesabatların hazırlanması
- Xarici audit və daxili yoxlamalar zamanı məlumatların təqdim edilməsi
- Gəlir və xərclərin struktur analizini aparmaq
- Rentabellik və səmərəlilik göstəricilərini hesablamaq
- Maliyyə risklərini müəyyən etmək və təkliflər vermək
- Maliyyə siyasət və prosedurlarının hazırlanmasında iştirak
- ERP sistemində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət
- Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək
Vəzifə tələbləri:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Magistr dərəcəsi üstünlükdür
- ACCA, CIMA, DipIFR və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur
- Maliyyə, büdcə planlaşdırılması və ya hesabatlılıq sahəsində minimum 1-3 il iş təcrübəsi
- Büdcə tərtibi və icra nəzarəti üzrə praktik təcrübə
- Büdcələşmə metodologiyaları (illik, rüblük, rolling forecast və s.)
- Maliyyə hesabatlarının hazırlanması və təhlili
- Xərc nəzarəti və maliyyə planlaşdırması
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis və rus dilləri yaxşı;
- 1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Korporativ tibbi sığorta paketi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.