Daxili audit üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili audit üzrə mütəxəssis

  • Deadline 8 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Daxili Audit Departamenti
  • Birbaşa rəhbər: Daxili Audit Meneceri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Təsdiq edilmiş illik Daxili Audit Planına uyğun audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
  • Audit olunan proseslər üzrə riskləri, daxili nəzarət mexanizmlərini və mövcud prosedurları təhlil etmək;
  • Audit proqramına uyğun olaraq sənədlərin, müqavilələrin, əməliyyatların, hesabatların və digər məlumatların yoxlanılmasını həyata keçirmək; 
  • Maliyyə və əməliyyat məlumatları üzrə analitik təhlillər aparmaq, kənarlaşmaları və qeyri-adi əməliyyatları müəyyən etmək;
  • Müəyyən edilmiş uyğunsuzluqlar üzrə kifayət qədər və etibarlı audit sübutlarını toplamaq və sənədləşdirmək;
  • Audit işçi sənədlərini müəyyən edilmiş metodologiyaya uyğun hazırlamaq və aparılmış audit prosedurlarının nəticələrini rəsmiləşdirmək;
  • Audit müşahidələrinin və hesabat layihələrinin hazırlanmasında iştirak etmək;
  • Audit fəaliyyəti zamanı əldə edilmiş məlumatların məxfiliyini, obyektivliyi və peşəkar etik prinsipləri qorumaq;
  • Komanda üzvü qismində səmərəli çalışmaq, öhdəlikləri bölüşmək, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparmaq;
  • Daxili Audit departamentində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirmək.

Vəzifə tələbləri:

  • Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ;
  • Müvafiq sahədə minimum 2 iş təcrübəsi;
  • ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;
  • Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
  • Ezamiyyətlərə açıq olmaq və  sahə auditlərində aktiv iştirak etmək;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Sıx deadline-lar  şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
  • MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Peşəkar və liderlik inkişaf proqramları;
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Daxili audit üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily117
  • Weekly260
  • Monthly741