İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Daxili Audit Departamenti
- Birbaşa rəhbər: Daxili Audit Meneceri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Təsdiq edilmiş illik Daxili Audit Planına uyğun audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
- Audit olunan proseslər üzrə riskləri, daxili nəzarət mexanizmlərini və mövcud prosedurları təhlil etmək;
- Audit proqramına uyğun olaraq sənədlərin, müqavilələrin, əməliyyatların, hesabatların və digər məlumatların yoxlanılmasını həyata keçirmək;
- Maliyyə və əməliyyat məlumatları üzrə analitik təhlillər aparmaq, kənarlaşmaları və qeyri-adi əməliyyatları müəyyən etmək;
- Müəyyən edilmiş uyğunsuzluqlar üzrə kifayət qədər və etibarlı audit sübutlarını toplamaq və sənədləşdirmək;
- Audit işçi sənədlərini müəyyən edilmiş metodologiyaya uyğun hazırlamaq və aparılmış audit prosedurlarının nəticələrini rəsmiləşdirmək;
- Audit müşahidələrinin və hesabat layihələrinin hazırlanmasında iştirak etmək;
- Audit fəaliyyəti zamanı əldə edilmiş məlumatların məxfiliyini, obyektivliyi və peşəkar etik prinsipləri qorumaq;
- Komanda üzvü qismində səmərəli çalışmaq, öhdəlikləri bölüşmək, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparmaq;
- Daxili Audit departamentində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirmək.
Vəzifə tələbləri:
- Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ;
- Müvafiq sahədə minimum 2 iş təcrübəsi;
- ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;
- Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
- Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
- MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Peşəkar və liderlik inkişaf proqramları;
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Daxili audit üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.