İş barədə məlumat:
- Struktur: İR və İnzibati işlər departamenti
- Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Şirkət haqqında:
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin bütün təsərrüfatları üzrə inzibati idarəetmə ehtiyaclarının sistemli şəkildə müəyyən edilməsi, məlumatların toplanması və təhlili əsasında optimallaşdırma tədbirlərinin planlanması və icrasının təmin edilməsi
- Təsərrüfatlar üzrə inzibati proseslərə (infrastruktur, maddi-texniki təminat, ümumi idarəetmə və əməliyyat dəstəyi və s.) daimi nəzarətin həyata keçirilməsi, risk və çatışmazlıqların operativ aşkarlanması və aradan qaldırılması üzrə tədbirlərin koordinasiyası
- İnzibati funksiyalara aid nəqliyyat vasitələrinin vahid uçot sisteminin aparılması, idarə olunması və sənədləşmə proseslərinin korporativ standartlara uyğun təşkil edilməsi
- Nəqliyyat vasitələrinin qeydiyyatı, texniki baxışı, icbari və könüllü sığorta sənədlərinin vaxtında yenilənməsi üzrə proseslərin planlanması, icrası və nəzarətdə saxlanılması
- Nəqliyyat vasitələrinin istismarı ilə bağlı daxili qayda və prosedurların tətbiqi, icra vəziyyətinin monitorinqi və pozuntular üzrə tədbirlərin görülməsi
- Yanacaq kartlarının effektiv idarə olunması, istifadə intizamına nəzarət, limitlərin planlanması və optimallaşdırılması, xərclər üzrə şəffaf hesabatlılığın təmin edilməsi
- İnzibati tələblərin vahid sistem üzərindən açılması, prioritetləşdirilməsi, icra prosesinin izlənməsi və normalara uyğun yerinə yetirilməsinə nəzarət
- Müvafiq struktur bölmələrlə (maliyyə, satınalma, texniki xidmət və s.) koordinasiyanın təmin edilməsi, inzibati məsələlərin operativ və səmərəli həlli üçün qarşılıqlı fəaliyyətin təşkili
- İnzibati fəaliyyətlər üzrə performans göstəricilərinin təhlili, xərclərin optimallaşdırılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə təşəbbüslərin irəli sürülməsi və icrası
- Rəhbərlik üçün inzibati fəaliyyətlər, avtopark idarəetməsi və yanacaq xərcləri üzrə dövri (həftəlik/aylıq) analitik hesabatların hazırlanması və təqdim edilməsi
Vəzifə tələbləri:
- Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür)
- Minimum 1–3 il inzibati və ya ofis idarəçiliyi sahəsində iş təcrübəsi
- Güclü təşkilati və planlaşdırma bacarığı
- Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis və rus dilləri yaxşı;
- 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
- Sürücülük vəsiqəsi
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Korporativ tibbi sığorta paketi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “İnzibati işlər üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.