Kommersiya və marketinq üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kommersiya və marketinq üzrə mütəxəssis

  • Deadline 31 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Kommersiya, Satış və Marketinq departamenti
  • Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin kommersiya və marketinq strategiyasının hazırlanmasında iştirak etmək, strateji və operativ biznes planlarının hazırlanmasına dəstək vermək. 
  • Yeni biznes layihələrini idarə etmək, onların planlaşdırılması, icrası və nəticələrinin monitorinqini həyata keçirmək. 
  • Bazarın, rəqiblərin, müştəri tələbatının və iqtisadi mühitin davamlı araşdırılması və təhlilini aparmaq, rəhbərliyə analitik hesabatlar təqdim etmək. 
  • Potensial müştəriləri və yeni biznes imkanlarını müəyyən etmək, yerli və xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək. 
  • Müştərilərin ehtiyaclarına uyğun kommersiya təklifləri, təqdimatlar və təklif paketləri hazırlamaq və təqdim etmək. 
  • Yeni məhsul və xidmətlərin hazırlanması, bazara çıxarılması və təşviqi üzrə marketinq fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək. 
  • Marketinq planlarını hazırlamaq, reklam və təşviqat kampaniyalarının təşkili və icrasını təmin etmək. 
  • Reklam və media tərəfdaşları ilə əməkdaşlıq qurmaq, təklifləri qiymətləndirmək, müqavilələrin icrasına nəzarət etmək, şirkətin internet saytı və sosial media platformalarının marketinq fəaliyyətlərini koordinasiya etmək. 
  • Marketinq büdcəsinin səmərəli istifadəsini təmin etmək və marketinq xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər vermək. 
  • Məhsul və xidmətlərin satışını artırmaq məqsədilə yeni satış kanallarını və inkişaf imkanlarını müəyyən etmək. 
  • Müştəri məmnuniyyətinin və loyallığının artırılması məqsədilə sorğular keçirmək, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri hazırlamaq. 
  • Görülmüş işlər, bazar vəziyyəti, satış və marketinq fəaliyyətləri üzrə həftəlik, aylıq və illik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək. 
  • Biznes proseslərinin təkmilləşdirilməsi, şirkətin korporativ imicinin gücləndirilməsi və kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək. 
  • Fəaliyyəti zamanı aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq və aidiyyəti struktur bölmələri ilə səmərəli əməkdaşlıq etmək. 
  • Əmək, əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə daxili qayda və prosedurlara riayət etmək, peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək. 

Vəzifə tələbləri:

  • Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Marketinq alətləri və strategiyaları üzrə biliklər (SMM, SEO, PPC və s.);
  • Müştəri münasibətlərinin uzunmüddətli idarə olunması;
  • Yeni bazarlara çıxış strategiyalarının hazırlanması
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis, İngilis səlis, rus dili yaxşı;
  • 1C / ERP, MS Office  proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. 

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Peşəkar və liderlik inkişaf proqramları;
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində Kommersiya və marketinq üzrə mütəxəssis qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily7
  • Weekly110
  • Monthly127