İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Kommersiya, Satış və Marketinq departamenti
- Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Şirkətin kommersiya və marketinq strategiyasının hazırlanmasında iştirak etmək, strateji və operativ biznes planlarının hazırlanmasına dəstək vermək.
- Yeni biznes layihələrini idarə etmək, onların planlaşdırılması, icrası və nəticələrinin monitorinqini həyata keçirmək.
- Bazarın, rəqiblərin, müştəri tələbatının və iqtisadi mühitin davamlı araşdırılması və təhlilini aparmaq, rəhbərliyə analitik hesabatlar təqdim etmək.
- Potensial müştəriləri və yeni biznes imkanlarını müəyyən etmək, yerli və xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək.
- Müştərilərin ehtiyaclarına uyğun kommersiya təklifləri, təqdimatlar və təklif paketləri hazırlamaq və təqdim etmək.
- Yeni məhsul və xidmətlərin hazırlanması, bazara çıxarılması və təşviqi üzrə marketinq fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək.
- Marketinq planlarını hazırlamaq, reklam və təşviqat kampaniyalarının təşkili və icrasını təmin etmək.
- Reklam və media tərəfdaşları ilə əməkdaşlıq qurmaq, təklifləri qiymətləndirmək, müqavilələrin icrasına nəzarət etmək, şirkətin internet saytı və sosial media platformalarının marketinq fəaliyyətlərini koordinasiya etmək.
- Marketinq büdcəsinin səmərəli istifadəsini təmin etmək və marketinq xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər vermək.
- Məhsul və xidmətlərin satışını artırmaq məqsədilə yeni satış kanallarını və inkişaf imkanlarını müəyyən etmək.
- Müştəri məmnuniyyətinin və loyallığının artırılması məqsədilə sorğular keçirmək, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri hazırlamaq.
- Görülmüş işlər, bazar vəziyyəti, satış və marketinq fəaliyyətləri üzrə həftəlik, aylıq və illik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.
- Biznes proseslərinin təkmilləşdirilməsi, şirkətin korporativ imicinin gücləndirilməsi və kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək.
- Fəaliyyəti zamanı aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq və aidiyyəti struktur bölmələri ilə səmərəli əməkdaşlıq etmək.
- Əmək, əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə daxili qayda və prosedurlara riayət etmək, peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək.
Vəzifə tələbləri:
- Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Marketinq alətləri və strategiyaları üzrə biliklər (SMM, SEO, PPC və s.);
- Müştəri münasibətlərinin uzunmüddətli idarə olunması;
- Yeni bazarlara çıxış strategiyalarının hazırlanması
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis səlis, rus dili yaxşı;
- 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Peşəkar və liderlik inkişaf proqramları;
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Kommersiya və marketinq üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.