Laboratoriya üzrə menecer (Oğuz)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Laboratoriya üzrə menecer (Oğuz)

  • Deadline 10 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
  • Birbaşa rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
  • İş yeri: Oğuz rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • ISO/IEC 17025 standartının tələblərini bilməli; 
  • Laboratoriyanın fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyi, normativ sənədləri, metodiki göstərişləri və sınaq metodlarını bilməli; 
  • Kimyəvi reagentlər, məhlullar və laboratoriya preparatlarından təhlükəsiz istifadə qaydalarını bilməli; 
  • Laboratoriya avadanlıqları, ölçü cihazları və analiz qurğularının işləmə prinsiplərini və istismar qaydalarını bilməli; 
  • Laboratoriya analizlərinin planlaşdırılması, təşkili və nəticələrinin qiymətləndirilməsi sahəsində biliklərə malik olmalı; 
  • Laboratoriyada keyfiyyət təminatı və keyfiyyətə nəzarət (QA/QC) prinsiplərini bilməli; 
  • Laboratoriya sənədlərinin hazırlanması və idarə olunmasını bilməli; 
  • Kalibrləmə, verifikasiya və cihazların texniki xidmət proseslərini bilməli; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və kimyəvi təhlükəsizlik qaydalarını bilməli; 
  • MS Office proqramlarını və laboratoriya məlumatlarının idarə edilməsi sistemlərini (LIMS və ya 1C/ERP) istifadə etməyi bacarmalı.

Vəzifə tələbləri:

  • Ali təhsil (Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Biologiya və ya digər uyğun ixtisas); 
  • ISO/IEC 17025 standartı üzrə bilik və ya sertifikat; 
  • Laboratoriya sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; 
  • Laboratoriya avadanlıqları və müasir analiz metodları ilə işləmək bacarığı; 
  • Analitik düşünmə və problemlərin həlli bacarığı; 
  • Komandanın idarə olunması və işin təşkili bacarığı; 
  • Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı; 
  • MS Office və 1C/ERP (və ya LIMS) proqramlarından sərbəst istifadə bacarığı..

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Korporativ tibbi sığorta paketi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Laboratoriya üzrə menecer (Oğuz)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly374
  • Monthly2051