Mikrobioloq (Oğuz)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mikrobioloq (Oğuz)

  • Deadline 6 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
  • Birbaşa rəhbər: Laboratoriya müdiri
  • İş yeri: Oğuz rayonu
  • İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Mikrobioloq ona həvalə edilmiş vəzifə öhdələklərinə uyğun olaraq mikrobiloji analizlər aparmaq;
  • Mikrobioloji və toksikoloji tətqiqatların analtik və dioqnastik cəhətdən etibarlı metodlarından istifadəni təmin etmək;
  • Mikrobioloji analizlərin yeni metodlarının və laboratoriya avadanlıqlarının istifadə edilməsi və tətbiqində iştirak etmək;
  • Laboratoriya avadanlığı, cihaz və qurğunun təmiz, saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları təcrübəyə hazırlamaq;
  • Təlimata əsasən cihaz və avadanlıqları yoxlamaq və təmizləmək, ekspermentlərin aparılmasında iştirak etmək;
  • Mikrobioloji və toksikoloji analizlərin nəticələrini hesabat formasında qeyd etmək;
  • Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini təhlil etmək, sistemləşdirmək, rəsmiləşdirmək və onların hesabatını aparmaq 
  • Məhsulun sınaqlarının keçirilməsini beynəlxalq, yerli sıtandartlar və texniki şərtlər əsasında təmin etmək;
  • Müəssisə, idarə və bölmələr tərəfindən görülən işlərin texniki sənədlərin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak etməli;
  • Mikrobioloji laboratoriyanın fəaliyyəti haqqında hesabatları hazırlamaq və laboratoriya müdirinə təqdim etmək ;
  • Standartların tələbinə uyğun olmayan materialların aşkar olunması, sənədləşdirilməsi, istifadə edilməsi barədə müvafiq tətbirlərin görülməsi haqqında laboratoriya müdirinə rəy və təkliflər vermək;
  • Uyğunsuzluqların qarşısını almaq üçün təkrar yoxlamalar keçirmək;

Vəzifə tələbləri:

  • Ali təhsil (Qida mühəndisliyi, Biologiya); 
  • ISO/IEC 17025 standartı üzrə bilik və ya sertifikatı olanlara üstünlük verilir;
  • Laboratoriya sahəsində minimum 3 il,mikrobiologiya sahəsində minimum 1 il təcrübə; 
  • Laboratoriya avadanlıqları və müasir analiz metodları ilə işləmə bacarığı; 
  • Analitik düşünmə və problemlərin həlli bacarığı; 
  • MS Office və proqramlarından sərbəst istifadə bacarığı.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Mikrobioloq (Oğuz)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily2
  • Weekly235
  • Monthly1655