Eden Agro MMC Eden Agro MMC
  • 157

Eden Agro MMC

Sənaye ,

Təcrübəçi hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təcrübəçi hüquqşünas

  • Deadline 30 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti: 

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamenti
  • Birbaşa rəhbər: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanmasında və təhlilində dəstək göstərmək;
  • Hüquqi araşdırmalar aparmaq, qanunvericilikdəki dəyişiklikləri izləmək və rəhbərliyə məlumat vermək;
  • Məhkəmə və dövlət qurumları ilə yazışmaların hazırlanmasına kömək etmək;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsini həyata keçirmək;
  • Şirkətin fəaliyyətindən irəli gələn hüquqi məsələlərin araşdırılmasında iştirak etmək;
  • Daxili prosedur və qaydaların hazırlanmasında hüquqşünaslara dəstək olmaq;
  • Digər hüquqi və inzibati tapşırıqları yerinə yetirmək..

Vəzifə tələbləri:

  • Hüquq ixtisası üzrə ali təhsil alan son kurs tələbəsi və ya yeni məzun;
  • Mülki, əmək və kommersiya hüququ üzrə ilkin biliklər;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
  • Analitik düşünmə, araşdırma və hüquqi mətnlərlə işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
  • Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
  • Azərbaycan dili - səlis ( İngilis dili – üstünlükdür)

Biz təklif edirik:

  • Hüquq sahəsində praktiki təcrübə qazanmaq imkanı;
  • Peşəkar komanda ilə işləmək və mentor dəstəyi;
  • Karyera inkişafı və gələcəkdə daimi işlə təmin olunma perspektivi;
  • Korporativ iş mühiti və peşəkar inkişaf imkanları.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Təcrübəçi hüquqşünas” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily54
  • Weekly624
  • Monthly624