İş şəraiti:
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamenti
- Birbaşa rəhbər: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanmasında və təhlilində dəstək göstərmək;
- Hüquqi araşdırmalar aparmaq, qanunvericilikdəki dəyişiklikləri izləmək və rəhbərliyə məlumat vermək;
- Məhkəmə və dövlət qurumları ilə yazışmaların hazırlanmasına kömək etmək;
- Hüquqi sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsini həyata keçirmək;
- Şirkətin fəaliyyətindən irəli gələn hüquqi məsələlərin araşdırılmasında iştirak etmək;
- Daxili prosedur və qaydaların hazırlanmasında hüquqşünaslara dəstək olmaq;
- Digər hüquqi və inzibati tapşırıqları yerinə yetirmək..
Vəzifə tələbləri:
- Hüquq ixtisası üzrə ali təhsil alan son kurs tələbəsi və ya yeni məzun;
- Mülki, əmək və kommersiya hüququ üzrə ilkin biliklər;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
- Analitik düşünmə, araşdırma və hüquqi mətnlərlə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
- Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
- Azərbaycan dili - səlis ( İngilis dili – üstünlükdür)
Biz təklif edirik:
- Hüquq sahəsində praktiki təcrübə qazanmaq imkanı;
- Peşəkar komanda ilə işləmək və mentor dəstəyi;
- Karyera inkişafı və gələcəkdə daimi işlə təmin olunma perspektivi;
- Korporativ iş mühiti və peşəkar inkişaf imkanları.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Təcrübəçi hüquqşünas” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.