Edu Company Edu Company
  • 469

Edu Company

Təhsil

Menecer (Magistratura şöbəsi)

  • Deadline 20 Sentyabr 2025

Vəzifələr:

  • Tələbələrin tədris prosesinə nəzarət etmək
  • Təhsil sahəsindəki xidmətləri tələbələrə tanıtmaq və satışını həyata keçirmək
  • Tədris prosesini dəstəkləyən inzibati işləri koordinasiya etmək
  • Telefon zəngləri və ofis müraciətləri ilə aktiv şəkildə işləmək
  • Rəhbərliyə aylıq hesabatlar təqdim etmək
  • Elektron formada müraciət etmiş tələbələrə və valideynlərə zəng edərək ətraflı məlumat vermək və onları cəlb etmək
  • Müəllim və tələbələr arasında düzgün koordinasiyanı təmin etmək
  • İmtahan prosesinə nəzarət etmək

Tələblər:

  • Ali təhsil (Magistratura təhsili üstünlük sayılır)
  • Yalnız xanım namizədlər
  • Satış sahəsində və müştəri xidmətlərində minimum 1 il iş təcrübəsi
  • Komandada işləmək bacarığı
  • Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və çalışqan olmaq
  • İş vaxtı tam ştat olduğu üçün hazırda təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
  • Səliqəli, punktual və xoş görünüşlü olmaq

Karyera imkanları və təminatlar:

  • Korporativ nömrə və telefon təmin olunur
  • Şirkət əmək münasibətləri çərçivəsində artan əmək haqqı və karyera inkişafı imkanı yaradır

Əmək şəraiti:

  • Ünvan: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsasında təyin edilir
  • İş günləri: Həftə içi 5 gün, şənbə günü isə qısaldılmış iş günü
  • Sənədləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə aparılır

Gizlilik təminatı:

  • Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları və müraciətləri 3-cü şəxslərlə paylaşılmır

Müraciət qaydaları:

  • Vakansiyaya uyğun namizədlər aşağıdakı “Müraciət et” düyməsi vasitəsilə və ya [email protected] e-mail ünvanına CV göndərməklə müraciət edə bilərlər
  • Yalnız tələblərə cavab verən namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq

Müsahibə mərhələsinə dəvət alan namizədlər üçün ünvan: Bakı şəhəri, Mətbuat prospekti 31

  • Daily5
  • Weekly606
  • Monthly1853