Təsvir
- Edumedia şirkəti təcrübəli JavaScript / Node.js (TypeScript) developer axtarır. Uyğun namizəd təhsil sahəsində istifadə olunan iri həcmli, mövcud web platformaların inkişafında və dəstəklənməsində iştirak edəcək.
Vəzifələr və Məsuliyyətlər
- Node.js və TypeScript (əsasən Express framework) ilə backend tətbiqlər inkişaf etdirmək.
- Mövcud iri layihələrin inkişafında iştirak etmək: yeni funksionallıq əlavə etmək, xətaları aradan qaldırmaq və sistemi dəstəkləmək.
- Layihə tələblərini analiz etmək və kodlaşdırmaq.
- PostgreSQL verilənlər bazası modelini (ORM vasitəsilə) qurmaq və sorğuları optimallaşdırmaq.
- RESTful API-lər dizayn etmək və xarici servislərlə inteqrasiya qurmaq.
- Kodun keyfiyyətini, təhlükəsizliyini və performansını təmin etmək.
- Texniki xətaları araşdırıb həll etmək.
- Komanda daxilində effektiv kommunikasiya qurmaq və code review prosesində iştirak etmək.
Tələblər
- Ən az 3 il Node.js və onun framework-ları ilə iş təcrübəsi.
- TypeScript biliyi.
- Express (və ya bənzər framework) təcrübəsi.
- SQL / PostgreSQL və ORM (TypeORM, Sequelize və bənzəri) təcrübəsi.
- RESTful API-lər yaratmaq və istifadə etmək bacarığı.
- Autentifikasiya və təhlükəsizlik (JWT və s.) barədə anlayış.
- Git və ya bənzər versiya nəzarət sistemlərindən istifadə bacarığı.
- Problem həll etmə və analitik düşünmə bacarıqları.
- Kommunikasiya və komanda işi bacarıqları.
- Yaradıcı və öyrənməyə həvəsli.
Üstünlük sayılır (arzuolunan)
- Real-time funksionallıq (Socket.IO / WebSocket) təcrübəsi.
- Xarici API və ya LDAP / Active Directory inteqrasiyaları təcrübəsi.
- Linux, Docker, PM2 və deployment prosesləri ilə tanışlıq.
- İri həcmli mövcud layihəyə sürətli adaptasiya bacarığı.
İş qrafiki
- Həftənin 5 günü.
- Saat: 09:00 – 18:00.
- Əmək haqqı: təcrübə və iş bacarığından asılı olaraq tənzimlənəcək.
Ünvan
- Bakı şəhəri, Xətai pr. 34, Luxen Plaza.
CV-lərinizi "Node.js Developer" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə
- Əlaqə nömrələri: (055) 860 90 95 / (012) 496 90 94
- Web səhifə: www.edumedia.az