JavaScript / Node.js Developer

  • Истекает 7 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təsvir

  • Edumedia şirkəti təcrübəli JavaScript / Node.js (TypeScript) developer axtarır. Uyğun namizəd təhsil sahəsində istifadə olunan iri həcmli, mövcud web platformaların inkişafında və dəstəklənməsində iştirak edəcək.

Vəzifələr və Məsuliyyətlər

  • Node.js və TypeScript (əsasən Express framework) ilə backend tətbiqlər inkişaf etdirmək.
  • Mövcud iri layihələrin inkişafında iştirak etmək: yeni funksionallıq əlavə etmək, xətaları aradan qaldırmaq və sistemi dəstəkləmək.
  • Layihə tələblərini analiz etmək və kodlaşdırmaq.
  • PostgreSQL verilənlər bazası modelini (ORM vasitəsilə) qurmaq və sorğuları optimallaşdırmaq.
  • RESTful API-lər dizayn etmək və xarici servislərlə inteqrasiya qurmaq.
  • Kodun keyfiyyətini, təhlükəsizliyini və performansını təmin etmək.
  • Texniki xətaları araşdırıb həll etmək.
  • Komanda daxilində effektiv kommunikasiya qurmaq və code review prosesində iştirak etmək.

Tələblər

  • Ən az 3 il Node.js və onun framework-ları ilə iş təcrübəsi.
  • TypeScript biliyi.
  • Express (və ya bənzər framework) təcrübəsi.
  • SQL / PostgreSQL və ORM (TypeORM, Sequelize və bənzəri) təcrübəsi.
  • RESTful API-lər yaratmaq və istifadə etmək bacarığı.
  • Autentifikasiya və təhlükəsizlik (JWT və s.) barədə anlayış.
  • Git və ya bənzər versiya nəzarət sistemlərindən istifadə bacarığı.
  • Problem həll etmə və analitik düşünmə bacarıqları.
  • Kommunikasiya və komanda işi bacarıqları.
  • Yaradıcı və öyrənməyə həvəsli.

Üstünlük sayılır (arzuolunan)

  • Real-time funksionallıq (Socket.IO / WebSocket) təcrübəsi.
  • Xarici API və ya LDAP / Active Directory inteqrasiyaları təcrübəsi.
  • Linux, Docker, PM2 və deployment prosesləri ilə tanışlıq.
  • İri həcmli mövcud layihəyə sürətli adaptasiya bacarığı.

İş qrafiki

  • Həftənin 5 günü.
  • Saat: 09:00 – 18:00.
  • Əmək haqqı: təcrübə və iş bacarığından asılı olaraq tənzimlənəcək.

Ünvan

  • Bakı şəhəri, Xətai pr. 34, Luxen Plaza.

CV-lərinizi "Node.js Developer" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə

  • Əlaqə nömrələri: (055) 860 90 95 / (012) 496 90 94
  • Web səhifə: www.edumedia.az 
  • Daily87
  • Weekly231
  • Monthly712