İş Yeri: Lənkəran
İşin təsviri:
- "EduVia Ailə Rifahı və Uşaq İnkişafı Tədqiqatı" layihəsi çərçivəsində sahədə (Lənkəranda) valideynlər və uşaqlarla (7–14 yaş) birbaşa görüşərək rəqəmsal platformalar vasitəsilə sorğuların keçirilməsi və məlumatların toplanması.
Əsas öhdəliklər:
- Müəyyən olunmuş icmalarda hədəf ailələri ziyarət etmək;
- Planşet və ya mobil cihazlar vasitəsilə sorğu formalarını tətbiq etmək və datanı rəqəmsal sistemə daxil etmək;
- Sorğu gedişatında akademik etika, məxfilik və könüllü iştirak prinsiplərinə tam riayət etmək;
- Görülən işlərin sayı barədə layihə koordinatoruna gündəlik hesabat vermək.
Namizədə dair tələblər:
- Sosiologiya, psixologiya, sosial iş, pedaqogika və ya əlaqəli sahələrdə ali təhsil (tələbələr və yeni məzunlar müraciət edə bilər);
- İnsanlarla, xüsusilə valideyn və uşaqlarla pozitiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- Xüsusi texniki tələb (Üstünlükdür): Qualtrics proqram təminatı ilə işləmək bacarığı və planşet üzərindən koqnitiv test alətlərindən istifadə təcrübəsi / mənimsəmə qabiliyyəti
Təklif olunur:
- Müqavilə müddəti: 12 ay
- Ödəniş keçirilən sorğu sayına görə hesablanır
Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Tədqiqat üzrə köməkçi-Lənkəran” qeyd olunmalıdır.