Tədqiqat üzrə köməkçi - Lənkəran

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tədqiqat üzrə köməkçi - Lənkəran

  • Истекает 26 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş Yeri: Lənkəran

İşin təsviri:

  • "EduVia Ailə Rifahı və Uşaq İnkişafı Tədqiqatı" layihəsi çərçivəsində sahədə (Lənkəranda) valideynlər və uşaqlarla (7–14 yaş) birbaşa görüşərək rəqəmsal platformalar vasitəsilə sorğuların keçirilməsi və məlumatların toplanması.

Əsas öhdəliklər:

  • Müəyyən olunmuş icmalarda hədəf ailələri ziyarət etmək;
  • Planşet və ya mobil cihazlar vasitəsilə sorğu formalarını tətbiq etmək və datanı rəqəmsal sistemə daxil etmək;
  • Sorğu gedişatında akademik etika, məxfilik və könüllü iştirak prinsiplərinə tam riayət etmək;
  • Görülən işlərin sayı barədə layihə koordinatoruna gündəlik hesabat vermək.

Namizədə dair tələblər:

  • Sosiologiya, psixologiya, sosial iş, pedaqogika və ya əlaqəli sahələrdə ali təhsil (tələbələr və yeni məzunlar müraciət edə bilər);
  • İnsanlarla, xüsusilə valideyn və uşaqlarla pozitiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Xüsusi texniki tələb (Üstünlükdür): Qualtrics proqram təminatı ilə işləmək bacarığı və planşet üzərindən koqnitiv test alətlərindən istifadə təcrübəsi / mənimsəmə qabiliyyəti

Təklif olunur:

  •  Müqavilə müddəti: 12 ay
  • Ödəniş keçirilən sorğu sayına görə hesablanır 

Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Tədqiqat üzrə köməkçi-Lənkəran” qeyd olunmalıdır.

  • Daily0
  • Weekly366
  • Monthly1838