E Efendiler Group
  • 1.2K

Marketinq üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq üzrə mütəxəssis

  • Deadline 1 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Reklam və PR fəaliyyətlərinin koordinasiyası;
  • Həftəlik və aylıq foto/video çəkiliş planlarının hazırlanması və idarəolunması;
  • İnfluencer/bloqqerlərlə əməkdaşlığın təşkili və idarəolunması;
  • Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına nəzarət;
  • Şirkətin sosial media hesabları və saytlarının plana uyğun yenilənməsi və nəzarət edilməsi;
  • Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirilməsi;
  • Aylıq marketinq hesabatlarının hazırlanması;
  • Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər: 

  • Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Yaradıcı, məsuliyyətli, kreativ;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
  • Kollektivlə işləmə bacarığı;
  • Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalıdır.

İş şərtləri: 

  • Həftədə 6 iş günü
  • İş yeri: Babək pr.35
  • Əmək haqqı: net 1500-2000 azn
  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Marketinq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly127
  • Monthly131